20 Yanvar 2021 11:37
703
SİYASƏT
A- A+

ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə bağlı kampaniya keçirir

ABŞ Azərbaycanlıları Şəbəkəsi 20 Yanvar faciəsinin 31-ci ildönümü ilə əlaqədar ABŞ ictimaiyyətinin məlumatlandırılması məqsədilə ənənəvi yazılı kampaniyaya başlayıb. Şəbəkə tərəfindən hazırlanmış müraciətdə sovet ordusunun Bakıda dinc əhaliyə qarşı hərbi cinayətlərindən danışılır, “Human Right Watch” hüquq-müdafiə təşkilatının “Azərbaycanda Qara Yanvar” hesabatından faktlar, habelə Yanvar faciəsinin qurbanları haqqında statistik məlumatlar diqqətə çatdırılıb.

AZƏRTAC xəbər verir ki, müraciətdə sovet qoşunlarının 26 minlik kontingentinin 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıya silahlı müdaxilə etdiyi qeyd olunub. Bildirilib ki, sovet əsgərləri mərkəzi televiziyanın enerji blokunu partladaraq respublikada informasiya blokadası yaradıblar. Ordu Bakıda dinc əhaliyə qarşı amansız qırğın törədib. Rəsmi mənbələrə görə, 140-dan çox dinc sakin həlak olub, 700-dən çox insan yaralanıb. Bakıda dinc sakinlərin qətlə yetirildiyi səhnələr 1956-cı ildə Budapeştdə və 1968-ci ildə Praqada dinc əhaliyə qarşı törədilən qətliamı xatırladır.

Müraciətdə, həmçinin qeyd olunub ki, Bakıda dinc əhalini atəşə tutan sovet ordusu ağırlıq mərkəzi dəyişdirilən 5,45 millimetr kalibrli qadağan edilmiş güllələrdən istifadə edib.

ABŞ Azərbaycanlıları Şəbəkəsinin ölkə ictimaiyyətinə, mətbuatına və qanunvericilərinə və yeni Bayden administrasiyasına müraciətində bildirilib ki, 1990-cı ilin 20 Yanvar hadisələri Azərbaycanda sovet hakimiyyətinin sonunun başlanğıcı oldu və sovet dövlətçiliyinin təməlini sarsıtdı. Müraciətdə deyilib: “20 Yanvar hadisələri Azərbaycan xalqının yaddaşına qanlı səhifə kimi həkk olunub. Aradan 31 il keçsə də, Qara Yanvar öz mahiyyətini itirmir. Milyonlarla azərbaycanlı və Azərbaycanın dostları hər il Bakıda Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın müstəqilliyi uğrunda canlarından keçən qəhrəmanların xatirələrinə ehtiramlarını bildirirlər”.

ABŞ-ın Azərbaycan icmasının üzvləri yazılı kampaniya vasitəsilə bu ölkənin ictimaiyyətini 20 Yanvar hadisələri haqqında məlumatlandırır, ABŞ qanunvericilərini bu amansız aksiyanı rəsmi şəkildə pisləyən qətnamələr qəbul etməyə çağırırlar. ABŞ Azərbaycanlıları Şəbəkəsinin ənənəvi kampaniyası nəticəsində son on bir ildə ABŞ-ın müxtəlif nəşrlərində Qara Yanvar haqqında onlarca məqalə dərc olunub, qubernator bəyannamələri və bir neçə ştatda parlament qətnamələri qəbul edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video