27 Fevral 2021 19:51
882
DÜNYA
A- A+

ABŞ 76 səudiyyəliyə qarşı sanksiyalar tətbiq etdi

 

ABŞ administrasiyası jurnalist Camal Qaşıqçının 2018-ci ildə Türkiyədə öldürülməsi ilə əlaqədar olaraq Səudiyyə Ərəbistanının 76 vətəndaşına qarşı viza sanksiyası tətbiq etmişdir. Bu barədə dövlət katibi Entoni Blinken məlumat vermişdir.
Dövlət Departamentinin fikrincə görə, bu 76 nəfər xaricdəki dissidentləri təhdid edirdi, onların adları Qaşıqçının qətli işində keçir. Özü də sözügedən şəxslərin digər cinayətlərin törədilməsində də əli olub.
Bundan əlavə, ABŞ Maliyyə Nazirliyi “Qlobal Maqnitski aktı” çərçivəsində Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, şahzadə Məhəmməd bin Salman Al Səudun ən yaxın köməkçisi, general Əhməd Əsiriyə qarşı sanksiyalar tətbiq etmişdir. Qara siyahıya həmçinin Milli Qvardiyanın vəliəhdə tabe olan  elit bölməsi salınmışdır. 
ABŞ Milli Kəşfiyyatı srağagün  təqdim etdiyi hesabatda Səudiyyə Ərəbistanının vəliəhdini Qaşıqçının qaçırılması və ya öldürülməsi əməliyyatını bəyənməkdə ittiham etdmişdir.
Öz növbəsində Səudiyyə Ərəbistanı hökuməti ABŞ Milli Kəşfiyyatının hesabatını qətiyyətlə rədd etmişdir. Krallığın Xarici İşlər Nazirliyi bəyanatla çıxış edərək ABŞ kəşfiyyatının hesabatında yer alan ittihamların təhqiramiz və səhv olduğunu, heç bir şəkildə qəbul edilməyəcəyini bildirmişdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video