20 Yanvar 2021 17:24
561
SİYASƏT
A- A+

20 Yanvar şəhidlərinin əziz xatirəsi Gürcüstanda da ehtiramla anılıb

Qanlı 20 Yanvar şəhidlərinin əziz xatirəsi Gürcüstanda da ehtiramla anılıb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyev və səfirliyin əməkdaşları Gürcüstandan olan şəhidlərin məzarlarını, ailə üzvlərini və yaxınlarını ziyarət ediblər.

Səfir Faiq Quliyev əvvəlcə Marneuli rayonunun Kirəc-Muğanlı kəndindən olan şəhid Vəfadar Eminovun qardaşı Etibar Eminovun ailəsinə baş çəkib. Diplomat şəhidin yaxınlarına başsağlığı verib və ailənin qayğıları ilə maraqlanıb. O bildirib ki, 20 Yanvar şəhidləri arasında Gürcüstandan olan 6 soydaşımız var. Azərbaycan səfirliyi onların ailə üzvlərinin və yaxınlarının qayğılarını hər zaman diqqətdə saxlayır.

Gürcüstanda Azərbaycanlı İş Adamları Birliyinin (AZEBİ) adından şəhidin ailəsinə ərzaq sovqatı təqdim olunub.

Anım mərasimində AZEBİ-nin sədri Nəriman Qurbanov, Gürcüstan parlamentinin deputatı Zaur Darğallı və başqaları Azərbaycan və gürcü xalqlarının oxşar taleləri, azadlıq uğurundakı mübarizələri barədə danışıb, Vətən uğurunda canlarından keçən qəhrəmanların heç zaman unudulmayacağını vurğulayıblar.

Mərasimdə Marneuli merinin müavini Zaur Tabatadze, kənd ziyalıları və ağsaqqalları da iştirak ediblər.

Sonra səfir və onu müşayiət edən şəxslər Marneuli rayonu Qızılhacılı kəndində “20 Yanvar” şəhidi Mursaqulov İsmayıl Həsən oğlunun ailə üzvləri, Bolnisi rayonu Faxralı kəndində “20 Yanvar” şəhidi Əhmədov İlqar Hümbət oğlunun kənddə yerləşən məzarını və ailə üzvləri, Bolnisi rayonu Kəpənəkçi kəndində “20 Yanvar” şəhidi Turabov Tengiz Məmməd oğlunun ailə üzvləri, Qardabani rayonu Ağtəhlə kəndində “20 Yanvar” şəhidi İsmayılov Rəşid İslam oğlunun Qardabani rayonu Ağtəhlə kəndində yaşayan ailə üzvləri ilə görüşüblər.

Diplomat şəhid ailələrinin qayğıları ilə maraqlanıb, görüləcək işlərdən danışıb.

Qeyd edək ki, səfir və səfirliyin əməkdaşları yanvarın 21-də Saqareco rayonu Yor-Muğanlı kəndində “20 Yanvar” abidəsini ziyarət edəcək, “20 Yanvar” şəhidi Qayıbov Ələsgər Yusif oğlunun ailə üzvləri ilə görüşəcəklər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video