15 dəqiqəlik gündəlik fiziki aktivlik həyat davamiyyətini üç il artıra bilər
Alimlər qeyd edirlər ki, ömrün uzadılması üçün əsas və eyni zamanda, əlçatan üsullardan biri fiziki fəaliyyətdir. Gündə 15 dəqiqə müntəzəm olaraq fiziki fəaliyyətlə məşğul olmaq tövsiyə edilir.
Fiziki məşqlərin və hərəkətin yaşlanma prosesini yavaşlataraq insanların həyatını uzada biləcəyini sübut edən dəlillər varmı? Bəli, onlar mövcuddur. AZƏRTAC xəbər verir ki, AARP Təşkilatının (Amerika pensiyaçılar Assosiasiyası) müraciət etdiyi Harvard Universitetinin araşdırması göstərdi ki, "15 dəqiqəlik gündəlik fiziki aktiv fəaliyyət həyat davamiyyətini üç il artıra bilər".
Alimlər səkkiz illik araşdırmanın nəticələrinə əsaslanaraq belə bir həcmdə fiziki aktivliyin ölümün bütün səbəblərdən 14 faiz azalmasına gətirdiyini bildirirlər.
“Hərəkət etmək üçün gündəlik səylər sağlamlıq üçün faydanın əldə edilməsi üçün həlledici əhəmiyyət kəsb edir. Fiziki məşqlər, infarkt, ürək çatışmazlığı, periferik arteriya xəstəliyi və aritmiyalara qarşı həssaslığı azaldır. Siz nəyinki özünüzü daha yaxşı hiss edirsiniz, həm də daha yaxşı işləyirsiniz”. Bunu alınan nəticələri şərh edərək, kardioloq Daniel Forman deyib.
Ekspertin sözlərinə görə, fiziki məşqlərdən danışarkən, alimlər, həmçinin, qeyri-idman formatda fəaliyyəti də nəzərdə tuturlar. Beləliklə, daha çox istədiyiniz fəaliyyət növünü seçib onunla məşğul ola bilərsiniz. Gündəlik məşq kimi sayıla bilən tədbirlərin siyahısı: sürətli yerimə, rəqs, üzgüçülük, velosiped sürmə, tennis oynamaq, çəmən biçən maşınla işləmək, rolik sürmək, qaçış, iplə tullanma, oturub durmalar, maşın yumaq, pilləkənlərlə qalxmaq və s.
Maraqlıdır ki, Avropa Kardioloqlar Cəmiyyətinin araşdırmaları gündəlik 15 dəqiqəlik fiziki fəaliyyətin ömrün uzanmasında faydanı da nümayiş etdirib. Doktor Devid Hupinin rəhbərlik etdiyi mütəxəssislər qrupu belə nəticəyə gəldilər ki, "hər gün ən azından 15 dəqiqə fiziki məşqlə məşğul olan insanlarda ölüm riski 22 faiz az olub".
Bu nəticə, 1011 nəfərdən ibarət bir qrupun (12 il müşahidə olunurdu) və (orta hesabla) 60 yaşında olan 122 417 nəfərdən ibarət digər qrupun (10 il boyunca müşahidə olunurdu) müşahidələrinin nəticələri ilə təsdiq olunur. Müşahidələrin nəticələri göstərir ki, yaşlı insanlar nə qədər fiziki fəaliyyətlə daha çox məşğul olurlarsa, sağlamlıqları üçün də bir o qədər yaxşıdır. Alimlər hesab edirlər ki, "müntəzəm fiziki aktivlik bütövlükdə sağlamlığa hər cür müalicədən daha yaxşı təsir edir”.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
“Azərbaycan Respublikası Prezidentinin “Elektroenergetika haqqında” Azərbaycan Respublikasının Qanun...
19 Mart
“Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə sı...
19 Mart
“Qeyri-müntəzəm sərnişin daşınması üçün formulyarın forması”nın təsdiq edilməsi haqqında...
19 Mart
“Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 25.1.1–25.1.6-cı maddələrində nəzər...
19 Mart
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 noyabr tarixli 399 nömrəli Qərarı ilə təsd...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununu...
19 Mart
“Azərbaycan Respublikası Prezidentinin “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı...
19 Mart
Azercell abunəçilərinin nəzərinə:
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti ASCO-nun struktur idarələrinə tələb olu...
19 Mart
DİQQƏT ÇƏKƏNLƏR
Dostluqdan müttəfiqliyə14 Mart 2024
Azərbaycan islamofobiya ilə mübarizədə öndə gedir12 Mart 2024
Prezident İlham Əliyev və Prezident Kasım-Jomart Tokayev mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏN...11 Mart 2024
Mərhəmətin zərif rəmzi08 Mart 2024
Yüksək beynəlxalq etimadın növbəti nümunəsi07 Mart 2024
ÇOX OXUNANLAR
Hücum diplomatiyasından hücum taktikasına14 Mart 2024
Azərbaycan və Qazaxıstan enerji sahəsində də birgə addımlayır13 Mart 2024
Kasım-Jomart Tokayev: Qazaxıstan və Azərbaycan əməkdaşlığın yeni dövrünə qədəm qoyur10 Mart 2024
Azərbaycan beynəlxalq "yaşıl enerji" mərkəzinə çevrilir10 Mart 2024
Xoşbəxt qadın güclü cəmiyyətin təməlidir08 Mart 2024
Albaniya Azərbaycanın dəstəyini yüksək dəyərləndirir06 Mart 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!