Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

17 Aprel 2016
Məhkəmədə inzibati orqana qarşı iddia qaldırmışam. İş nümayəndəm tərəfindən aparılır. Lakin məhkəmə mənim şəxsən gəlməyimi tələb edir. Bilmək istəyirəm, şəxsən iştirakım zəruridir?

Əlabbas Qulamhüseynov,
Bakı

 

- Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 31.1-ci maddəsi sizə imkan verir ki, inzibati məhkəmə icraatında vəkillə və ya səlahiyyətli nümayəndə ilə təmsil olunasınız. Başqa sözlə, məhkəmə iclaslarında şəxsən iştirak etməyə bilərsiniz.
Lakin bəzi hallarda məhkəmə proses iştirakçısından məhkəmə iclasına şəxsən gəlməyi tələb edə bilər. Məhkəmə bu tələbə əməl etməyən proses iştirakçısına 50 manatdan 100 manatadək məbləğdə cərimə olunacağı barədə xəbərdarlıq edir. Üzrsüz səbəbdən gəlmədiyi hallarda da məhkəmə proses iştirakçısını cərimə edə bilər. Proses iştirakçısının şəxsən gəlməsi, gəlmədiyi hallarda cərimə edilməsi və cərimənin məbləğinin müəyyən olunması barədə məhkəmə qərardad qəbul edir. Cərimə barədə xəbərdarlıq və ya cərimə təkrar tətbiq edilə bilər (məcəllə, maddə 57.1-57.4).

 

Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi