Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İ.Ə.Əliyevin Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilməsi haqqında

05 Mart 2016
 

Azərbaycan Respublikası Milli Məclisinin qərarı

 

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsini nəzərə alaraq və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. İslam Əli oğlu Əliyev vəzifəsinin dəyişdirilməsi ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi vəzifəsindən azad edilsin.

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 4 mart 2016-cı il