Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Z.A.Əsgərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında

24 Fevral 2016
 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

“Məhkəmə-Hüquq Şurası haqqında” Azərbaycan Respublikası Qanununun 6.2.4-cü maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclis Sədrinin birinci müavini, Azərbaycan Respublikası Milli Məclisinin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Abbas oğlu Əsgərov Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilsin.

 

Oqtay ƏSƏDOV,

Azərbaycan Respublikası Milli Məclisinin Sədri

 

Bakı şəhəri, 23 fevral 2016-cı il