Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərarı № 413
06 Yanvar 2016
 

№ 413                                    Bakı şəhəri, 30 dekabr 2015-ci il

 

“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq edilməsi haqqında

 

“Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 14 sentyabr tarixli 595 nömrəli Fərmanının 6.1-ci bəndinin icrasını təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə” təsdiq edilsin (əlavə olunur).

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin təsdiq olunması haqqında” 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, N 2, maddə 165; 2002, N 2, maddə 100;  2005, N 9, maddə 858; 2006, N 9, maddələr 821, 830;  2008,  N 2, maddə 130, N 8, maddə 787; 2012, N 7, maddə 772) 1-ci hissəsi və “Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları”nın təsdiq edilməsi barədə” 2009-cu il 21 aprel tarixli 67 nömrəli qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, N 4, maddə 284) ləğv edilsin. 

 

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30dekabr tarixli 413 nömrəli qərarı ilə

təsdiq edilmişdir

 

Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun

müəyyən olunması meyarlarına dair

 

Ə S A S N A M Ə

 

  1. 1.                  Ümumimüddəalar

 

1.1.Əlillərə münasibət sahəsində sosial siyasət həyatda və cəmiyyətin inkişafında onların fəal iştirak etməsi imkanlarının genişləndirilməsinə, sosial rifah halının, maddi vəziyyətlərinin yaxşılaşdırılmasınayönəldilmişdir. 

1.2. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu şəxsin tibbi-sosial ekspertiza müayinəsindən keçirilərək, “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” Azərbaycan Respub-likasının Qanununa uyğun olaraq anadangəlmə, xəstəlikdən və ya xəsarətdən yaranan  əqli və ya fiziki qüsurlar nəticəsində  həyat fəaliyyətinin məhdudlaşması haqqında müvafiq qərar  çıxarılması yolu ilə müəyyən olunur.

1.3. Tibbi-sosial ekspertiza müayinəsi tibbi etika və  deontologiya prinsiplərinə əsaslanmaqla həyata keçirilir. Şəxsin digər şəxslərlə bərabər səviyyədə cəmiyyətdə tam və səmərəli iştirakına mane olan fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olmasını, sağlamlıq vəziyyətini və  sosial uyğunlaşma dərəcəsini müəyyən etmək üçün funksional və  laboratoriya müayinələrinin nəticələrianamnestik məlumatlar obyektiv  qiymətləndirilir.

1.4. Əlillik və ya 18 yaşınadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu barədə  qərar klinik, psixoloji, sosial-məişət, peşə  amillərinin və  şəxsin reabilitasiya potensialının kompleks halda qiymətləndirilməsinə əsaslanır. Bu zaman xəstəliyin xarakteri, funksiyaların pozulma dərəcəsi, müalicənin və reabilitasiya tədbirlərinin səmərəliliyi, orqanizmin kompensator (əvəzetmə) mexanizmlərinin vəziyyəti, klinik və  əmək proqnozları, sosial uyğunlaşma (adaptasiya) imkanları, sosial yardıma və müdafiəyə ehtiyacı olması, əmək şəraiti,  işinin mahiyyəti, peşə hazırlığı və yaşı  nəzərə alınır.

1.5. Tibbi-sosial ekspert komissiyaları tərəfindən birinci, ikinci və üçüncü dərəcə əlillik və 18 yaşınadək uşaqlara münasibətdə sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunur.

 

2. Əlilliyin müəyyən olunması meyarları

 

2.1.  Birinci dərəcə  əlillik  - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, sosial uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna daimi ehtiyacı olsun. Qüsurların və ya funksiya pozuntularının xüsusi vasitələrlə kompensasiya olunduğu hallarda əlil şəxs xüsusi əmək şəraiti yaradılmış istehsalatda, yaxud evdə müxtəlif növ işlərdə işləyə bilər. Birinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:

2.1.1. qan dövranının üçüncü dərəcəli xroniki çatışmazlığı (I01-I09,I11.0,I13.0-I13.2, I23-I23.8, I24-I24.8, I25.3-I25.5, I50-I50.9);

2.1.2. talassemiya-homoziqot böyük talassemiya, güclü və tez-tez təkrar olunan hemolitik sindrom (D56-D56.9);

2.1.3. üçüncü dərəcəli ağciyər-ürək çatışmazlığı

dekompensasiya mərhələsi  (I27.0-I27.9, I28.0-I28.8);

2.1.4. xroniki böyrək çatışmazlığının terminal mərhələsi   (N18.1-N18.9);

2.1.5. xroniki qaraciyər çatışmazlığının terminal mərhələsi  (K72.0-K72.9);

2.1.6.ürək transplantasiyasından sonrakı vəziyyət (digər orqan transplantasiyalarında əlillik dərəcəsi transplantın funksional vəziyyətindən asılı olaraq təyin edilir)  (Y83.0);

2.1.7. inkurabel onkoloji xəstəliklər  (C00-C97);

2.1.8. ətrafların hərəkət funksiyasının və hərəkət koordinasiyasının kəskin təzahürlü pozulması (tetraplegiya, triplegiya, hemiplegiya, paraplegiya, tetraparez, triparez, nəzərəçarpanparaparez, ataksiya, intension titrəmə ilə hiperkinetik sindrom) və ya total afaziya ilə nəticələnmiş sinir sisteminin müxtəlif xəstəlikləri- baş beynin insultu, baş beynin travmatik xəstəlikləri, uşaq serebral iflici, sinir sisteminin ağır infeksion xəstəlikləri (I60-I66.9,G80-G80.9, S06.0-S06.9);

2.1.9. hər iki gözün tam və ya əməli korluğu (yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.04 və ondan az olması və ya görmə sahəsinin 10 dərəcəyədək konsentrik daralması)  (H54-H54.9);

2.1.10. iki ətrafın güdülü  (S48.0-S48.9, S58, S68, S78, S88, S98); 

2.1.11. birinci barmaq da daxil olmaqla, hər iki əlin üç və ya birinci barmaqsız dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiya nəticəsində əllərin güdülü   (S68, M16.0-M16.9);

2.1.12. hər iki bud-çanaq oynaqlarının ankilozu  (M24.6);

2.1.13. etiologiyasından asılı olmayaraq, dərin və ağır dərəcəli kəmağıllılıq, həmçinin anadangəlmə idiotiya, yaxud kəskin nəzərəçarpaninbesillik (İQ-35-dən aşağı olanlar)  (F70-F79);

2.1.14. davranış pozulmaqla uzunmüddətli (iki ildən çox) təzahür edən psixotik hallar  (F23.0-F23.9, F91-F92.9);

2.1.15. şizofreniya xəstəliyi nəticəsində baş verən psixi qüsur halı  (F20-F20.9);

2.1.16. İİV-infeksiyasının IV(QİÇS) mərhələsi, terminal vəziyyət  (B20-B24).

2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin  mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. İkinci dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:

 2.2.1. ürək qüsurları  və  ya miokardda baş  vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının  davamlı  olaraq  ikinci dərəcə çatışmazlığı (I01-I09,I11.0,I13-I13.2,I20-I25,I30-I31.9,I33);

2.2.2  ağır formalı bədxassəli qan xəstəlikləri   (C80-C96.9);

2.2.3. ağciyərlərin xroniki, proqressiv gedişli fibrokavernoz vərəmi, ikinci  dərəcə tənəffüs çatışmazlığı ilə  (A15-A16.9,J96-J96.9);

2.2.4. ildə azı dörd dəfə kəskinləşmə və ikinci dərəcə tənəffüs çatışmazlığı ilə müşayiət olunan tənəffüs sistemi orqanlarının xroniki xəstəlikləri (J31-J32.9,J35-J37.1J41.0-J70.9,J84-J86.9,J91-J95.8);

2.2.5. ümumi  qidalanmanın kəskin nəzərəçarpan dərəcədə  zəifləməsi  ilə müşahidə olunan, həzm  sisteminin  tez-tez residiv  verən (ildə  azı  4  dəfə) ağır  xroniki  xəstəlikləri (ümumi  qidalanmanın   zəifləməsi  əsasən   boy-çəki  əmsalına  və  qan azlığının  səviyyəsinə  görə  müəyyən  edilir, həzm traktının  müxtəlif  səviyyələrində  bu  göstəricilər  müxtəlif  cür  dəyişdiyindən ümumi qidalanmanın zəifləmə  dərəcəsini  nozoloji  vahiddən  asılı  olaraq ekspert  təyin  edir(K20-K22.1,K25-K29.9,K31.0-K31.9,K50-K55.9,K58-K60.5, K62-K63.9,K65.8, K71-K77.0,K85-K86.9);

2.2.6. ikinci və üçüncü dərəcə böyrək çatışmazlığı və ildə azı dörd dəfə kəskinləşmə ilə  müşayiət olunan xroniki böyrək xəstəlikləri  (N03,N11.9,N13-N13.9,N14-N14.4,N18-N18.9);

2.2.7. endokrin xəstəliklər nəticəsində hədəf orqanlarda funksiya pozuntularına səbəb olan patoloji dəyişikliklər  (E00,E07-E07.9,E10,E12,E15-E16.1,E22.0-E22.1,E23.0-E23.2,E23.7,E24-24.9,E25.8,E26.9,E27.1-E27.9, E32-E32.8, E34-E34.1, E34-E35.8);

2.2.8. etiologiyasından asılı olmayaraq, aşağı ətrafların parezi, çanaq orqanlarının funksiyalarının pozulması  (G30-G32.9,G80-G80.9);

2.2.9. qabarıq yaddaş zəifliyi, idrakın enməsi, emosional labillik, vestibülyar  pozuntular, görmə pozuntuları və ya piramid çatışmazlıq əlamətləri, kəskin nəzərəçarpan vegetativ və hərəki-koordinator funksiyanın pozuntuları ilə müşayiət  olunan baş  beynin  və  sinir sisteminin müxtəlif mənşəli xəstəlikləri  (G00-G14,G20,G23-G23.9,G25-G26,G35-G37.8,G45-G46.8,G95-G95.9);

2.2.10.  hər  iki  gözdə  görmə itiliyinin  korreksiya  ilə  0,08  və  ondan az olması  və ya görmə sahəsinin  20   dərəcəyədək   konsentrik   daralması   (H40-H40.9,H47-H47.5,H52-H53.9);

2.2.11. epilepsiya, tez- tez təkrarlanan (ayda azı 4 dəfə) tutmalarla  və ya şəxsiyyətin  nəzərəçarpan dərəcədə dəyişilməsi  ilə  (G40-G41.9);

2.2.12. hər  iki aşağı ətraf  damarlarının xroniki xəstəlikləri, II – III dərəcəli  arterial  və ya venoz  çatışmazlığı ilə - (I70.2, I73-I74, I74.3, I80-I80.3, I83.0-I83.9);

2.2.13. İİV-infeksiyasının III və IV (QİÇS) mərhələləri - (B20-B24);

2.2.14. lokalizasiyasından asılı olmayaraq, III - IV mərhələ bədxassəli şişlər- (C00-C97);

2.2.15. xoralanma ilə müşayiət olunan xroniki yayılmış dəri xəstəlikləri.

2.3. Üçüncü dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (ünsiyyət, sosial uyğunlaşma, hərəkət, əmək fəaliyyəti) məhdudlaşması hallarında təyin edilir. Əmək fəaliyyətinin məhdudlaşması məfhumunda görüləcək işin həcmi ilə bərabər, ixtisasın enməsi, anatomik qüsur nəticəsində professional əməyin çətinləşməsi də nəzərdə tutulur. Üçüncü  dərəcə əlillik aşağıdakı hallarda təyin edilir:

2.3.1. ətraflardan  birinin  yalançı  oynağı  (M84.0-M84.4,M96.0);

2.3.2. dirsək oynağının funksional yararsız vəziyyətdə (60 dərəcədən az və ya 150 dərəcədən çox) olması, yaxud saidin tam supinasiya və ya pronasiya halında qalması, ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 10 dərəcədən artıq olmaması) (M21.2,M24.5-M24.6,M25.6,M67.1,M99.0);

2.3.3. əlin və ya pəncənin  iflici, bir ətrafın nəzərəçarpan parezi  (G83.0,G83.2);

2.3.4. epilepsiya seyrək tutmalarla (ayda iki  dəfədən az  olmamaqla)  (G40-G40.9);

2.3.5. astenik tipli qüsur və ya qeyri-sabit remissiya halında olan şizofreniya  (F20-F20.9);

2.3.6. ağır formalı bədxassəli qan xəstəlikləri, remissiya mərhələsində (C80-C96.9);

2.3.7. II mərhələ bədxassəli şişlər  (C00-C97);

2.3.8. İİV-infeksiyasının I-II mərhələləri  (B20-B24);

2.3.9. uzun müddət dekompensasiya (altı aydan çox) vəziyyətində olan şəxsiyyət pozuntuları və psixopatiyalar  (F60.0-F62.9,F45-F45.9,F48-F48.9).

2.4. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda ikinci dərəcə əlillik müddətsiz təyin  edilir:

2.4.1. ürək  ritminin  süni  tənzimləyicisi  qoyulduğu  hallarda ürək qüsurları  və  ya miokardda baş  vermiş dərin dəyişikliklər nəticəsində qan dövranının  davamlı  olaraq  ikinci dərəcə çatışmazlığı  (I01-I09,I11.0, I13.0-I13.2, I23-I23.8, I24-I24.8, I25.3-I25.5, I50-I50.9, Z95.0);

2.4.2. nefrektomiya  nəticəsində  və  ya anadangəlmə   bir  böyrəyin  olmaması: ikinci dərəcəli  xroniki  böyrək  çatışmazlığı  ilə  (N18-N18.9,Q60,Z90.5);

2.4.3. şizofreniya, paranoidpsixotik halı (remissiya baş verməyən hal) (F20-F20.9);

2.4.4. emosional-iradi pozuntular və psixopatabənzər davranışla müşayiət olunan imbesillik və ya debillik İQ=35-50 arası,o cümlədən orta dərəcəli kəmağıllıq(demensiya) (F60.0-F62.9,F45-F45.9,F48-F48.9,F70-F79);

2.4.5. dağınıq skleroz (G35);

2.4.6. bir budun güdülü (Z89.8);

2.4.7. bir əlin olmaması (Q71.2,Z89.1);

2.4.8. beyin maddəsində və ya miokardda yad cismin olması - (Z95.0-Z95.8,T82.5);

2.4.9. tez-tez müşahidə olunan daxili qanaxma hemoartrozla müşayiət olunan hemofiliya (D66);

2.4.10. heteroziqot B talassemiya və davamlı anemiya ilə müşayiət olunan homoziqot talassemiya (D56.1).

2.5. Tibbi göstəriş olan aşağıdakı xüsusi hallarda üçüncü dərəcə əlillik müddətsiz təyin edilir:

2.5.1. bir əldə üç barmağın olmaması, onların funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin kontrakturası(Q71.3,Q74,M20.0,M24.5,Z89.0);

2.5.2. birinci və ikinci barmaqların müvafiq daraq sümükləri ilə birgə olmaması, hər iki əldə baş barmaqların və ya digər iki barmağın olmaması  (Q71.3,);

2.5.3. bir əldə 1 barmaq istisna olmaqla dörd barmağın  və  ya   onların funksional  yararsız vəziyyətdə ankilozu və  ya  kəskin kontrakturası  (Q71.3,M24.6);

2.5.4. baldırın güdülü, pəncənin Piroqov üzrə və ya Şopar oynağından amputasiyası, hər iki pəncənin Şarp üzrə (daraq sümüklərinin başı səviyyəsindən) amputasiyası Z89.8,Z97.1);

2.5.5. topuq oynağının ankilozu və ya kəskin kontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti, aşağı  ətraf funksiyasının pozulması ilə (M21.3,M21.6,M24.6,Q72-Q72.7);

2.5.6. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası  (M24.5-M24.6);

2.5.7. bud-çanaq oynağının funksional yararsız vəziyyətdə ankilozu və ya kəskin  kontrakturası (M16.1,M24.6);

2.5.8. hər iki bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı  (Q65.0,M16.2-M16.9);

2.5.9. bir bud-çanaq oynağının anadangəlmə və ya qazanılmış çıxığı, aşağı ətraf funksiyasının nəzərəçarpan dərəcədə pozuntusu  (Q65.0,M16.3,M16.5);

2.5.10. bir aşağı ətrafın 7 sm qısa olması (M84.1,M96.0);

2.5.11. diz və ya bud-çanaq oynaqlarının endoprotezi (M40-M41.3);

2.5.12. üçüncü -dördüncüdərəcə kifoskolioz, kəskin funksiya pozuntusu (M40-M41.9);

2.5.13. əlin  və  ya  pəncənin  iflici (G83.0-G83.3);

2.5.14. bir gözün olmaması və ya əməli korluğu (görmə  itiliyinin korreksiya  ilə  0,04 və  ondanaz olması, yaxud görmə sahəsinin 10 dərəcəyədək  konsentrik daralması)  (H54.4);

2.5.15. çənənin və ya sərt damağın çeynəməni protez təmin etməyən qüsurları (K10.0-K10.9)

2.5.16. hipofizarnanizm, osteoxondropatiya, osteoxondrodist-rofiya, boyun inkişafdan kəskin qalması ilə (cırtdanboyluluq)  (E23.0,E23.7);

2.5.17. hemolitikkrizlərlə müşayiət olunan (ildə dörd dəfədən az olmamaqla) qan xəstəlikləri (D66-D68.1);

2.5.18. subklinik əlamətlərlə gedən hemofiliya (D66);

2.5.19. subklinik əlamətlərlə gedən talassemiya minor (D56.1);

2.5.20. anadangəlmə lal-karlıq və yahər iki qulağın karlığı,3-4-cü dərəcə ağır eşitmə (H90-90.8)

2.5.21. kəllə sümüyünün geniş ( 3x1sm-dən artıq ) qüsuru (S02-S02.1);

2.5.22. nefrektomiya nəticəsində və ya anadangəlmə bir böyrəyin olmaması, birinci dərəcəli xroniki böyrək çatışmazlığı ilə  (Q60,N18-N18.9);

2.5.23. bir ağciyərin olmaması  (Q33.3,Z90.2);

2.5.24. gözəçarpan davranış pozuntuları olan debillik (İQ=50-70 arası) və ya yüngül dərəcəli kəmağıllıq (demensiya) (F70-F79);

2.5.25. etiologiyasından asılı olmayaraq, şəxsiyyətin dəyişilməsi və ya dərketmə qabiliyyətinin azalması  (F06).

 

  1. 3.                   Uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarları

 

3.1. Uşaqların sağlamlıq imkanlarının məhdudluğu aşağıdakı hallarda müəyyən edilir:

3.1.1. neyroinfeksiya, kəllə-beyin travması (KBT) nəticəsində nəzərəçarpanhərəki, psixi və nitq pozuntuları (G00-G04.9);

3.1.2. davamlı, nəzərəçarpanhərəki pozuntular (ətrafların parezi, generalizə olunmuş hiperkinezlər, koordinasiya pozulmaları və s.) (G81-G83.9);

3.1.3. davamlı nitq pozuntuları: alaliya, afaziyanın kompensasiya olunmayan forması, ağır formalı dizartriya (F80-F80.9,F98.5-F98.6);

3.1.4. onurğa beyninin zədələnməsi nəticəsində çanaq orqanlarının funksiya pozulmaları (G95);

3.1.5. epilepsiya və davamlı, terapevtik rezistent epilepsiyaya oxşar hallar (ayda 1 və ya daha çox böyük tutmalarla) və ya tez-tez təkrarlanan (həftədə 2-3 dəfə) kiçik və ya qıcolmasız tutmalar (G40-G41.9);

3.1.6. dayanıqlı psixotik hallar (6 ay və daha artıq davam edən hallar) (F00-F98);

3.1.7. eşitmə, görmə, nitq, dayaq-hərəkət aparatının və digər sistem və ya orqanların nəzərəçarpanpozulmaları ilə və ya davranışın patoloji forması ilə müştərək debillik dərəcəsində ağıl zəifliyi, autizm (F70-F79,F80-F80.9,F84-F84.9,F98.4-F98.9);

3.1.8. hər iki gözün görmə itiliyinin zəifləməsi, yaxşı görən gözdə görmə itiliyinin korreksiya ilə 0.2-dən aşağı olması və ya görmə sahəsinin 25 dərəcəyədək konsentrik daralması  (H53-H54.9);

3.1.9. qırtlaq və traxeyanın anadangəlmə və ya qazanılmış xəstəlikləri nəticəsində sərbəst tənəffüsün traxeostomik borusuz mümkün olmaması (Q31-Q32.1,Z90.8);

3.1.10. ağır gedişli bronxial astma (J45-J45.9);

3.1.11. mədə-bağırsaq traktının, qaraciyərin və öd yollarının xəstəliyi, yaxud inkişaf qüsurları nəticəsində həzmin və ya qaraciyərin funksiyalarının nəzərəçarpan, dayanıqlı pozulmaları (Q40.2-Q45,K25-K31.8,K50-55.9,K58-K59.2,K71.2-K72.9,K80-83.9);

3.1.12. ürəyin ritm pozulmaları (o cümlədən kardiostimulyator implantasiyası ilə) nəticəsində sinkopal vəziyyət, durğunluq tipli II-III dərəcəli ürək çatışmazlığı və ya xroniki nəzərəçarpanhipoksemiya ilə fəsadlaşmış anadangəlmə və qazanılmış xəstəlikləri (Q20-Q24.9, İ01-İ09.9, İ47-İ49.9,Z95-Z95.9);

3.1.13. böyrəklərin nəzərəçarpan dayanıqlı funksiya pozulmaları, böyrək toxumasında patoloji prosesin yüksək fəallıq dərəcəsi (N00-N16.8,N17-N19,N20-N29.8);

3.1.14. davamlı, II-III dərəcəli tənəffüs çatışmazlığı və ya kəskin intoksikasiya ilə müşayiət olunan ağciyər və döşdaxili limfa vəzlərinin vərəmi (A15-A16.9,A19,J96.0-J96.9);

3.1.15. qanın anadangəlmə və irsi xəstəlikləri (ildə 1 və daha çox krizlərlə və hemoqlobinin 100 q/l-dən aşağı enməsi ilə) (D51.0,D51.1,D55.0-D55.9,DD56-D59.9,D61.0,D64.0.D64.4,D64.8,D66,D67.D68.0-D68.9,D70-D72.9,D74.0);

3.1.16. hemorragikvaskulit nəticəsində baş vermiş, iki aydan çox davam edən və hər il təkrar olunan patoloji hallar  (M31.8);

3.1.17. dəri örtüyünün və ya selikli qişanın genişhəcmli zədələnmələri (xoraları, eritrodermiya, çapıqlar və s.) nəticəsində çeynəmə, udma, defekasiya funksiyalarının pozulmalarına, sosial dezadaptasiya və fiziki aktivliyin kəskin məhdudlaşmasına səbəb olan patoloji hallar  (L00-L99);

3.1.18. birləşdirici toxumanın diffuz, yüksək fəallıq səviyyəsi ilə keçən, 3 aydan çox davam edən və hər il təkrarlanan xəstəlikləri nəticəsində baş vermiş patoloji hallar (M31.5,M32.,M34.0-M34.1);

3.1.19. müəyyən xəstəliklərin müalicəsi məqsədi ilə güclü təsir edən dərman preparatlarının uzunmüddətli tətbiqi nəticəsində baş vermiş, 3 aydan artıq davam edən və terapevtik korreksiya tələb olunan patoloji hallar (maddələr mübadiləsinin pozuntusu, qanın formulunun dəyişilməsi və s.)  (D80-D89);

3.1.20. bədxassəli törəmələr, cərrahi və digər növ müalicədən sonrakı hal (C00-C97,Z98.8);

3.1.21. həyat fəaliyyətinin qismən pozulması və sosial dezadaptasiyaya səbəb olmuş, anadangəlmə və ya irsi xəstəlik və sindromlar (Q00-Q99);

3.1.22. cərrahi əməliyyatdan sonra uzunmüddətli sağalma və reabilitasiya müalicəsi tələb olunan hallar  (Z98.8,K91.1-K91.9,K92-K92.9);

3.1.23. bir və ya daha artıq ətrafın nəzərəçarpan dərin parezi  və ya iflici, dayanıqlı yayılmış hiperkinezlər (ikili atetoz, xoreoatetoz tipli) nəzərəçarpan koordinasiya pozulmaları – (R26.0-R26.8,R27.0-R 27.9);

3.1.24. dayanıqlı, terapiya cəhətdən iki ildən çox rezistent olan qıcolmalar (G40.0-G41.9);

3.1.25.  imbesillik və idiotiya dərəcəsində olan oliqofreniya və ya digər mənşəli ağıl zəifliyi,  daun sindromu (F71-F72,F73,F79,Q90);

3.1.26. anadangəlmə lal-karlıq, eşitmə funksiyasının olmaması (III-IV dərəcəli neyrosensor ağıreşitmə) (Q16.0-Q16.9,H90-H90.5);

3.1.27. görmə orqanının ikitərəfli, davamlı, bərpaolunmaz, anadangəlmə və ya qazanılmış xəstəlikləri (görmə itiliyinin yaxşı görən gözdə korreksiya ilə 0.2-dən aşağı olması və ya görmə sahəsinin 25 dərəcəyədək konsentrik daralması), bir gözün olmaması və ya tam korluğu (H53.0-H53.9,H54.9,Z90.8,Q10-Q15.9);

3.1.28. maddələr mübadiləsinin xüsusi pəhriz tələb edən anadangəlmə, irsi xəstəlikləri (K90.0,E70.0-E88.9);

3.1.29. hidrosefaliyaya görə şuntlama əməliyyatından sonrakı hal  (Z98.8);

3.1.30. bronx-ağciyər sisteminin anadangəlmə və ya irsi xəstəlikləri (mukovissidoz, xroniki gedişli alveolitlər və ya ağciyərin digər disseminasiyalı xəstəlikləri) (Q32.0-Q33.9,J40-J98.4);

3.1.31. dayanıqlı II-III dərəcəli tənəffüs çatışmazlığı ilə müşayiət olunan anadangəlmə və ya qazanılmış xroniki ağciyər-bronx xəstəlikləri, hormon asılılıqlı bronxial astma (Q32.0-Q33.9,J40-J98.4);

3.1.32. ürəyin inkurabel xəstəlikləri, durğunluq tipli II-III dərəcəli ürək çatışmazlığı ilə (İ00-İ09.9,İ20-İ52.8);

3.1.33. anadangəlmə və qazanılmış xəstəliklər nəticəsində qaraciyər funksiyasının nəzərəçarpan, dayanıqlı, bərpaolunmazpozulmaları  (K70-K77.8,Q44-Q44.7);

3.1.34. xroniki böyrək çatışmazlığı, bədxassəli hipertoniya, böyrək mənşəli şəkərsiz diabet (N17-19,İ10-İ15,E23.2,N25.1);

3.1.35. inkurabel bədxassəli törəmələr, üzvün funksiyasını pozmuş, cərrahi müalicəsi mümkün olmayan xoşxassəli törəmələr  (C00-C97);

3.1.36. müalicəsi mümkün olmayan daimi sidik, nəcis və sidik tənasül fistulları, sidik və nəcissaxlamanınpozulmaları (N36.0,N82.1,K60.3,R15.R32);

3.1.37. daxili orqanların (ağciyər, qaraciyər, böyrəklər, sidik kisəsi və s.) çıxarılması, rezeksiyası və ya olmaması, həmçinin inkişafdan qalması nəticəsində funksiyaların dayanıqlı pozulması ilə nəticələnmiş patoloji hallar (Q33.3,Q44.7,Q60.0-Q60.2,Q64.5, J96., J98, K72, N17-N19);

3.1.38. anadangəlmə qüsurlar (orqanların tam və ya qismən aplaziyası), üz skeleti və əzələlərin qazanılmış defekt və deformasiyaları nəticəsində tənəffüs, çeynəmə, udma, nitq funksiyasının pozulması (Q18,Q30.1,Q31.2,Q31.8,Q32.1,Q32.4,Q33.3,Q34.8,Q38-Q39.9,Q67.4, R06, R13, R47, R49, K07);

3.1.39. dayaq-hərəkət aparatı orqanlarının nəzərəçarpan, dayanıqlı bərpaolunmazpozulmaları (G80.0-G80.9, A80, B91, Q05, Q06.2-Q06.4, Q65-Q66, Q67.5-Q68.8, Q71-Q74, Q76-Q79, M08, M41, S10-S39, R26, R27);

3.1.40. bir ətrafın güdülü  (T92.6,T93.6);

3.1.41. birinci barmaq da daxil olmaqla əlin üç və ya onsuz dörd barmağının olmaması, həmin barmaqların kəskin kontrakturası və ya daha yuxarıdan amputasiyası nəticəsində əlin güdülü  (Q71.3,Z89.0, M20.0-M20.1, S68.0,T92.6);

3.1.42. kəllə sümüyünün genişölçülü sümük defekti  (Q67.4);

3.1.43. ankilozlarla, kontrakturalarla, patoloji sınıqlarla, skeletin deformasiyası ilə nəticələnmiş skeletin sistem xəstəlikləri, dayaq-hərəkət aparatının inkişaf qüsurları, habelə əzələlərin patoloji dəyişiklikləri və sümük toxumasının iriölçülü destruksiyaları nəticəsində fiziki aktivliyin kəskin məhdudlaşması və ya hərəkətin və özünəxidmətin mümkün olmaması (M24.5-M24.6, M30-M36, M40-M43, M62, M80, M85-M89.9, Q65-Q66, Q67.5-Q67.8, Q68);

3.1.44. onurğanın və döş qəfəsinin II dərəcəli tənəffüs çatışmazlığı və ya dayaq-hərəkət aparatının nəzərəçarpan funksiya pozuntusu ilə müşayiət olunan III-IV dərəcəli deformasiyaları (J96,R06-R06.8,R07.1,M40-M43);

3.1.45. daxili sekresiya vəzilərinin funksiya çatışmazlığı. Şəkərli diabet (insulindən asılı forması), şəkərsiz diabet, İtsenko-Kuşinq xəstəliyi, böyrəküstü vəzin çatışmazlığı (Addison xəstəliyi, total adrenoektomiyadan sonrakı hal, böyrəküstü vəzilərin qabığının anadangəlmə disfunksiyası), hipofizar nanizm, qazanılmış və ya anadangəlmə ağır formalı hipotireoz, hipoparatireoz,  IV dərəcəli piylənmə, ağır formalı toksiki diffuzzob və s.  (E00-E04, E05, E10, E20-E21.3, E23.3, E24, E25, E27-E27.2, E66);

3.1.46. leykoz, limfoqranulomatoz, histiositoz  (D76.0,C81,C91-C95);

3.1.47. qanyaranmanın anadangəlmə və ya qazanılmış hipoplastik və aplastik vəziyyəti (hemoqlobinin 100 q/l-dən aşağı olması, trombositlərin 1 kub/mm-də 100.000-dən aşağı olması, leykositlərin 1 kub/mm-də 4000-dən az olması)  (D60-D61);

3.1.48. koaqulopatiya və trombositopatiyanın ağır formaları, trombositopenikpurpura, ardıcıl residivli gediş, ağır hemorrogikkrizlərlə(qanda 1 kub/mm-də trombositlərin 50000-dən az olması) (D65,D69.1-D69.3,D69.9);

3.1.49. talassemiya (D56-D56.9);

3.1.50. anadangəlmə immunçatışmazlığı (D80-D89);

3.1.51. ağır kombinə olunmuş immunçatışmazlığı, aqammaqlobulinemiya, hipoqammaqlobulinemiya, septik qranulematoz, limfa vəzilərinin ağciyərlərin, qaraciyərin və başqa orqanların residivli bakterial yoluxmaları (B20-B24);

3.1.52. hiperimmunoqlobulinemiya – E sindromunun dərialtı toxumanın, ağciyərlərin, qaraciyərin və başqa orqanların “soyuq absesləri” ilə müşayiət olunması, immunoqlobulin E-nin qanın zərdabında 1000 KED/l-dən yüksək olması;

3.1.53. qazanılmış immunçatışmazlığı, klinik təzahürlərlə  (B20-B24).

 

4. Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması müddətləri

 

4.1. Birinci dərəcə əlillik və tibbi göstərişolan xüsusi hallarda ikinci və üçüncü dərəcə əlillik  müddətsiz müəyyən edilir.

4.2. İkinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir.İkinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir.

4.3. Əlillik dərəcəsindən asılı olmayaraq Azərbaycan Respublikasının “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” qanunları ilə müəyyən edilmiş yaşa görə əmək pensiyası və yaxud sosial müavinət almaq hüququ verən yaş həddinə çatan şəxslərə əlillik müddət göstərilmədən təyin edilir.

4.4. Bu Əsasnamənin 3.1.1. – 3.1.22-ci bəndlərində göstərilən hallarda 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşından yuxarı olmamaqla 3 (üç) il müddətinə, qalan hallarda isə 18 yaşınadək müəyyən olunur. 18 yaşının tamam olmasına 6 (altı) ay və ondan daha az qalan uşaqların sağlamlıq imkanlarının məhdudluğu 18 yaşınadək müəyyən edilir.

 

 

5. Əlillərə və sağlamlıq imkanları məhdud uşaqlara texniki və digər reabilitasiya vasitələri verilməsinə tibbi göstərişlər

 

5.1. Texniki reabilitasiya vasitələrinin (ətrafların və ya duyğu orqanlarının pozulmuş funksiyalarını əvəz etmək üçün tətbiq olunan xüsusi avadanlıq, cihazlar və tərtibatlar) verilməsi aşağıdakı hallarda tövsiyə edilir:

5.1.1. nəzərəçarpanmonoparez, hemiparez, paraparez, triparez (G81-G81.9, G82-G82.9,G83-G83.2);

5.1.2. nəzərəçarpan ataksiya  (R57.0);

5.1.3. daimi olaraq sidiyi və ya nəcisi saxlaya bilməmək, o cümlədən sidik və ya nəcis fistulu (R32-R35, N32.1-N32.2, K60.3, K63.2);

5.1.4. karlıq (H83.3, H83.8-H83.9, H90-H90.8,H91-H91.9);

5.1.5. dörd  barmağın olmaması və ya əlin daha yuxarıdan amputasiya nəticəsində güdülü (S68.4, Z89.3);

5.1.6. ətraflarda oynaqların nəzərəçarpankontrakturası  (M24.5);

5.1.7. bazu, dirsək, diz oynaqlarının laxlaması  (M35.7);

5.1.8. şarp üzrə və ya ayağın daha yuxarıdan amputasiya nəticəsində güdülü  (S98-S98.4, Z89.6);

5.1.9. hər iki gözün görmə itiliyinin korreksiya ilə 0.1 dərəcəyədək olması və ya görmə sahəsinin 20 dərəcəyədək konsentrik daralması  (H53-H53.9);

5.2. hərəkəti təmin edən vasitələr:

5.2.1. kreslo-araba (otaqda hərəkət üçün) aşağıdakı hallarda tövsiyə edilir:

5.2.1.1. ürək-qan  dövranının üçüncü dərəcəli xroniki  çatışmazlığı  (İ50-İ50.9);

5.2.1.2. üçüncü  dərəcəli ağciyər-ürək  dekompensasiya mərhələsində  (J98.8);

5.2.1.3. hemiplegiya, nəzərəçarpanhemiparez, aşağı paraplegiya, nəzərəçarpan aşağı paraparez, triplegiya, nəzərəçarpantriparez, nəzərəçarpantetraparez (G81-G81.9, G82-G82.9,G83-G83.2);

5.2.1.4. tetraplegiya kəskin nəzərəçarpan ataksiya, hiperkinetik, amiostatik sindrom, tetraplegiya  (G82.4-G82.5, F90, E83.0);

5.2.1.5. hər iki baldırın güdülü və ya amputasiyaların daha yüksək səviyyəsi (S88-Z89.7);

5.2.1.6. bir baldırın güdülü və digər aşağı ətrafın funksional yararsız vəziyyətdə olması (S88-Z89.7);

5.2.2. velo-araba (çöldə gəzmək üçün) 3.2.1.3-cü, 3.2.1.5-ci və  3.2.1.6-cı yarımbəndlərdə nəzərdə tutulmuş hallarda verilir;

5.2.3. avtomobillər aşağıdakı hallarda verilir:

5.2.3.1. ikinci-B dərəcəli xroniki qan dövranı çatışmazlığı (İ99);

5.2.3.2. ikinci dərəcəli ağciyər çatışmazlığı (J96-J96.9);

5.2.3.3. bir aşağı ətrafın iflici və ya nəzərəçarpan parezi (G92.9);

5.2.3.4. hemiplegiya, nəzərəçarpanhemiparez (G81-G81.9);

5.2.3.5. nəzərəçarpan ataksiya, hiperkinetik, amiostatik sindrom (R27.0,F90,E83.0);

5.2.3.6. hər iki aşağı ətrafın xroniki tromboobliterasiyaedici xəstəlikləri ikinci dərəcə arterial çatışmazlığı;

5.2.3.7. aşağı ətrafların nəzərəçarpan trofik pozuntuları (hər iki aşağı ətraf və çanaq qurşağı əzələlərinin müxtəlif etiologiyalı atrofiyaları);

5.2.3.8. aşağı ətraf venalarının xəstəlikləri, bir aşağı ətrafda üçüncü və ya hər iki aşağı ətrafda ikinci-üçüncü dərəcə venoz çatışmazlıqları  (İ80.3);

5.2.3.9. hər iki aşağı ətrafın fillik xəstəliyi  (İ89.0);

5.2.3.10. hər iki əlin güdülü  (S68.0-S68.9, Z89.1);

5.2.3.11. hər iki topuğun ankilozu və ya kəskin kontrakturası (hərəkətin həcminin 5 dərəcəyədək məhdudlaşması) (M24.6);

5.2.3.12. hər iki pəncənin Şarp üzrə güdülü (ayaq darağı sümük başlıqlarının amputasiyası) və ya hər iki aşağı ətrafın yüksək səviyyədə güdülü – (S98-S98.4);

5.2.3.13. baldırın güdülü  (S88, Z89.7);

5.2.3.14. bud-çanaq oynaqlarının, ətrafların funksiyasının nəzərəçarpan dərəcədə pozulması ilə müşayiət edilən, anadangəlmə və ya qazanılmış çıxığı (Q65-Q65.9, S73-S73.0);

5.2.3.15. bud-çanaq və ya diz oynağının laxlaması (M23.5);

5.2.3.16. bud-çanaq oynağının ankilozu və ya kəskin çarpan kontrakturası (hərəkətlərin həcmi 10 dərəcəyədək olduqda) (M24.5-M24.6);

5.2.3.17. diz oynağının ankilozu və ya funksional əlverişsiz vəziyyətdə (150 dərəcədən az və 170 dərəcədən artıq bucaq altında) kəskin kontrakturası (M24.5-M24.6);

5.2.3.18. topuq oynağının kəskin nəzərəçarpankontrakturası nəticəsində pəncənin qüsurlu vəziyyəti (T93.2-T93.3,M21.0-M21.6);

5.2.3.19. hər iki bud və ya baldır sümüklərinin əyri bitişmiş sınığı nəticəsində onların 170 dərəcədən az bucaq altında deformasiyası (T93.2,M24.5);

5.2.3.20. bir  aşağı  ətraf  və  ya  ancaq qurşaq sümüklərinin  xroniki  osteomieliti  (2 ildən artıq gedişli fistula və ya sekvestrli boşluqların olması ilə) (M86.3);

5.2.3.21. budda yalançı oynaq, yaxud iri sümük qüsuru olması (sümüyün çevrəsinin yarısından artığı dağılmaqla) budun və ya baldırın hər iki sümüyünün yalançı oynağı və ya sümük qüsuru, yaxud qamış sümüyünün incik sümüyündə 170 dərəcədən kiçik bucaq altında deformasiya olmaqla yalançı oynağı və ya sümük qüsuru;

5.2.3.22. bud-çanaq oynağının endoprotezi (Z96.6,T84-84.9);

5.2.3.23. hər iki diz oynaqlarının endoprotezi  (Z96.6);

5.2.3.24. bir aşağı ətrafın 10 sm qısa olması (Q72.4-Q72.9,T13.0-13.9);

5.2.3.25. baldırda 20 kv.sm pəncənin üst səthində 10 kv.sm və pəncənin alt səthində ən azı 2 kv.sm ölçülü uzun müddət (6 aydan artıq) sağalmayan xora, yaxud travmadan sonrakı trofik pozuntular (T93.0-T93.9);

5.2.3.26. onurğanın ayaq üstə dayanmağı və hərəkəti xeyli çətinləşdirən xəstəlikləri, deformasiyası, onurğa funksiyasının kəskin nəzərəçarpan pozulması ilə müşayiət olunan üçüncü-dördüncü dərəcəli əyilmələri;

5.2.3.27. ankilozlaşdıranspondiloartrit (Bexterev xəstəliyi) bud-çanaq oynaqlarının nəzərəçarpankontrakturası ilə (M45)

5.2.3.28. müharibə əlillərinin hər iki gözünün görmə itiliyi 0.04-dən aşağı və ya görmə sahəsi 10 dərəcədən aşağı olduqda (H53.0-H54.9);

5.2.3.29. proqramlı hemodializ (Z99.2,Z49.0-Z49.1).

 

6. Keçid müddəalar

 

6.1. Bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və həmin günədək əlillik müddəti başa çatmamış ikinci və üçüncü dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti TSERAS tərəfindən 5 (beş) il müddətinə uzadılır.

6.2. Bu Əsasnamənin təsdiq edildiyi günədək əlilliyi müəyyən edilmiş və əlillik müddəti başa çatmamış birinci dərəcə əlilliyi olan şəxslərin əlillik müddəti başa çatdıqdan sonra TSERAS tərəfindən müddətsiz müəyyən edilir.

6.3.Bu Əsasnamənin 3.1.1- 3.1.22-ci yarımbəndlərində göstərilən səbəblərdən sağlamlıq imkanlarının məhdudluğu müəyyən edilmiş və bu Əsasnamənin təsdiq edildiyi günədək sağlamlıq imkanlarının məhdudluğu müddəti başa çatmamış 18 yaşadək uşaqların sağlamlıq imkanlarının məhdudluğu TSERAS tərəfindən, 18 yaşından yuxarı olmamaqla 3 (üç)  il müddətinə uzadılır.