Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavininin və auditorlarının təyin edilməsi haqqında

29 Dekabr 2015
Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 44-cü maddəsinin dördüncü hissəsinə və “Azərbaycan Respublikası Milli Məclisinin komitələri haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin ikinci hissəsinə əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

 

1. Adil Məmmədəli oğlu Məhərrəmov Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini təyin edilsin.

2. Cəfər İsmayıl oğlu Həsənov, Vaqif Muxtar oğlu Həsənov və Firsənd Əliheydər oğlu Qurbanov yeni müddətə Azərbaycan Respublikası Hesablama Palatasının auditorları təyin edilsinlər.

  

 

Azərbaycan Respublikası

Milli Məclisinin Sədri O.Əsədov 

Bakı şəhəri, 29 dekabr 2015-ci il.