Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir

29 Noyabr 2015
 

Boşanma barədə məhkəmə işinə baxılarkən notariusda uşağın saxlanmasına görə aliment sazişi bağladıq. Boşandıqdan sonra keçmiş həyat yoldaşım bir müddət saziş üzrə aliment ödəsə də, artıq bir neçə aydır ödənişlərdən yayınır. Alimentin bərpası üçün hara müraciət edə bilərəm?

 

Nailə Muradova,

Bakı şəhəri

 

Azərbaycan Respublikası Ailə Məcəlləsinin 94.3-cü maddəsinə görə, aliment ödənilməsi barədə saziş notariat qaydasında təsdiq edildikdə icra vərəqəsi qüvvəsinə malik olur.

Məcəllənin 95.3-cü maddəsinə əsasən, aliment ödənilməsi barədə sazişin icrasından birtərəfli qaydada imtina edilməsinə və ya onun şərtlərinin birtərəfli qaydada dəyişdirilməsinə yol verilmir. “İcra haqqında” qanunun 6.1.3-cü maddəsinin tələbi ilə alimentlərin ödənilməsi barədə notariat qaydasında təsdiq edilmiş saziş icra sənədi sayılır. Bu qanunun 2.1-ci maddəsinə görə, Azərbaycan Respublikasında məhkəmə və digər orqanların qərarlarının məcburi icrası icra məmurları tərəfindən həyata keçirilir.

Siz Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq  rayon icra şöbəsinə (keçmiş ərinizin yaşadığı ərazi, yaxud iş yeri və ya onun əmlakının olduğu yer üzrə) müraciət etməklə alimentin ödənilməsinin məcburi qaydada təmin olunmasını tələb edə bilərsiniz.  

 

Cavablandırdı:

Dünyamin NOVRUZOV,

Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi