Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda 3D formatda virtual gəzintini reallaşdıran sayt istifadəyə verilmişdir

07 Yanvar 2012
 

Azərbaycanda ilk dəfə "Google map" vasitəsilə Bakıda 3D formatda virtual gəzintini reallaşdıran www.Baku3d.az saytı istifadəyə verilmişdir.

AzərTAc xəbər verir ki, saytın əsas məqsədi  Bakıdakı parkları, muzeyləri, məscidləri, tarixi abidələri, otel-restoranları, gözəllik və avtomobil salonlarını, klinikaları, ticarət və əyləncə mərkəzlərini "3D" formatda birləşdirməkdir. Dünyanın istənilən nöqtəsindən internet istifadəçiləri sayta daxil olmaqla Bakını virtual səyahət edə biləcəklər.  Sayt kataloq xarakteri daşıyır.

Hazırda sayt rus dilində fəaliyyət göstərir, lakin yaxın zamanlarda Azərbaycan və ingilis dillərində də olacaqdır.

Saytın nadirliyi ondan ibarətdir ki, internet istifadəçiləri "Google"nin xəritəsindən Bakının istənilən rayon və qəsəbəsini açıb, daha sonra həmin yerdə olan parkları, muzeyləri, məscidləri, tarixi abidələri, otel-restoranları və s. yerlərin 3D panoramını görəcəklər.