Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Binəqədidə ağacəkmə aksiyası keçirilib

24 Noyabr 2014
IDEA İctimai Birliyinin təşəbbüsü və Binəqədi Rayon İcra Hakimiyyətinin dəstəyi ilə rayonda “Ümumrespublika yaşıllaşdırma” marafonu layihəsi çərçivəsində ağacəkmə aksiyası keçirilib.

AzərTAc xəbər verir ki, aksiyada Binəqədi Rayon İcra Hakimiyyətinin təmsilçiləri, ictimaiyyətin nümayəndələri, fəal gənclər iştirak etdilər.

Aksiyada dekorativ ağaclarla yanaşı, meyvə ağaclarının da əkilməsi sakinlər tərəfindən müsbət qarşılanıb. Qeyd edək ki, aksiya çərçivəsində 750 ağac əkilib.