Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan «Türkvizyon-2013» Beynəlxalq musiqi müsabiqəsinin qalibidir

22 Dekabr 2013
 

İstanbul, 21 dekabr (AzərTAc). Türkiyənin Eskişehir şəhərində  "Eskişehir-2013" Türk Dünyasının Mədəniyyət Paytaxtı Agentliyi, TÜRKSOY təşkilatı, Anadolu Universiteti və TMB televiziya kanalının təşkilatçılığı ilə keçirilən və  Avrasiya məkanındakı 24 ölkənin təmsil olunduğu "Türkvizyon-2013" Beynəlxalq musiqi müsabiqəsi başa çatmışdır.

Azərbaycan təmsilçisi Fərid Həsənov bəstəkar Gövhər Həsənzadənin "Yaşa" mahnısını ifa etmişdir.  Münsiflərdən ən çox - 210 bal alan Azərbaycan təmsilçisi ilk "Türkvizyon" mahnı müsabiqəsinin qalibi olmuşdur.

Fərid Həsənova mükafatı Türkiyənin milli təhsil naziri Nabi Avcı təqdim etmişdir.  

İkinci yeri 205 balla Belarus, üçüncü yeri isə 200 balla Ukrayna təmsilçiləri tutmuşlar.

 

Oqtay Bayramov,

AzərTAc-ın xüsusi müxbiri

 

İstanbul