Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

«Rabitə» ölkə çempionudur
28 Aprel 2013
 

Qadın voleybolçular arasında Super Liqanın sonuncu - 28-ci turunda "Rabitə" və "Azərreyl" komandaları arasında final matçı keçirilmişdir. "Rabitə" 3:0 hesabı ilə inamlı qələbə qazanaraq 2012-2013-cü il mövsümünün çempionu olmuşdur.

Turun digər iki qarşılaşmasında isə aşağıdakı nəticələr qeydə alınmışdır:

"Telekom"-"Lokomotiv Biləcəri" - 3:1, "Lokomotiv"-"İqtisadçı" - 1:3.

Yekunda ölkə çempionatının gümüş medalını "İqtisadçı", bürünc medalını isə "Azerreyl" komandası qazanmışdır.