Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Akademik Zərifə Əliyeva adına liseydə «Heydər Əliyev məktəblilərin gözü ilə» mövzusunda yekun inşa yazı müsabiqəsi keçirilmişdir
07 Aprel 2013
 

Aprelin 6-da akademik Zərifə Əliyeva adına liseydə ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş "Heydər Əliyev məktəblilərin gözü ilə" mövzusunda yekun inşa yazı müsabiqəsi keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbirdə təhsil naziri Misir Mərdanov çıxış edərək ulu öndər Heydər Əliyevin anadan olmasının ildönümünə həsr olunmuş inşa yazı müsabiqəsinin artıq bir ənənəyə çevrildiyini bildirmiş, məktəblilərin bu müsabiqələrə böyük maraq və həvəs göstərdiklərini qeyd etmişdir. Bildirmişdir ki, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Təhsil, Rabitə və İnformasiya Texnologiyaları nazirlikləri, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının təşkilatçılığı ilə reallaşdırılmış müsabiqədə respublikanın müxtəlif şəhər və rayonlarından, peşə liseyləri və orta ixtisas məktəblərindən şagirdlər iştirak etmişlər. Müsabiqə üç mərhələdə (məktəb, rayon (şəhər) və respublika mərhələlərində) aparılır. Bugünkü yekun müsabiqəsində isə 108 şagird iştirak edir. Qaliblərin mükafatlandırılması mayın 4-də olacaqdır. Bilik yarışı qaliblərinin ulu öndər haqqında öz fikir və düşüncələrini ülvi hisslərlə, sonsuz ehtiramla ifadə etdikləri yazıları kitabça şəklində çap olunacaqdır.

Sonra şagirdlərə müsabiqənin mövzusu elan olunmuşdur. "Ulu öndər Heydər Əliyev nəsillərə nümunə olan dahi şəxsiyyət..." mövzusunda yekun inşa üçün iştirakçılara 3 saat vaxt verilmişdir.