NATO Rusiyanı əsas təhlükə hesab edir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

NATO Rusiyanı əsas təhlükə hesab edir

10 Avgust 2018
NATO Twitterdəki akkauntunda yerləşdirdiyi videoçarxda Rusiyanı transatlantik təhlükəsizlik üçün əsas təhdid adlandırmışdır. Bu barədə “RİA Novosti” agentliyi xəbər verir.

Videoçarxda deyilir ki, “Rusiya Şərqdə Krımın qanunsuz ilhaqı və Ukraynanın şərqində qeyri-sabitlik yaratmaqla, habelə NATO-nun sərhədlərinin yaxınlığında hərbi potensialını möhkəmləndirməklə daha inadkar olmuşdur”.

NATO öz təhlükəsizliyi üçün digər təhdidlər sırasında Yaxın Şərq və Afrikada vəziyyəti, kütləvi qırğın silahlarının yayılmasını, kiberhücumları, enerji daşıyıcıları təchizatı sahəsini və iqlim dəyişikliklərini qeyd edir. Rusiya son illər özünün Qərb sərhədlərinin yaxınlığında NATO-nun görünməmiş fəallığından danışır, alyans isə bunu “Rusiya təcavüzünün qarşısının alınması” kimi qiymətləndirir.