Almaniya qaçqınların deportasiyasını sürətləndirir

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Almaniya qaçqınların deportasiyasını sürətləndirir

10 Avgust 2018
Ötən il Almaniya hökuməti 2015-ci illə müqayisədə sığınacaq ala bilməmiş iki dəfə çox əcnəbini deportasiya etmişdir. 2017-ci ildə bu barədə qərar 7374 nəfər barəsində çıxarılmışdır. 2015-ci ildə isə həmin göstərici 3604 nəfər təşkil edirdi. Bu barədə “Neue Osnabrücker Zeitung” qəzeti xəbər verir.

Məhkəmə qaçqının, yaxud miqrantın deportasiyası barədə qərar çıxardığı təqdirdə onun ölkədə qalmaq üçün müvəqqəti icazəsi qüvvədən düşür. Belələri müəyyən olunmuş müddətdə ölkəni tərk etməlidirlər. Bu tələb yerinə yetirilmədiyi təqdirdə əcnəbiləri məcburi şəkildə deportasiya edirlər.

Almaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, indiyədək 300 minə yaxın əcnəbi barəsində deportasiya qərarı çıxarılmışdır. İyunun 30-a olan məlumata əsasən, onlardan təxminən 29 mini hələ də ölkəni tərk etməmişdir. Deportasiya barədə qərarların əksəriyyəti (61 mindən çox) Şimali Reyn-Vestfaliya rayonunda yaşayan əcnəbilərlə bağlıdır. Bu cür qərarlar əsasən türklər, ukraynalılar və keçmiş Yuqoslaviya respublikaları vətəndaşları barəsində çıxarılmşdır.