Taliblər Qəzniyə hücuma keçdi

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Taliblər Qəzniyə hücuma keçdi

10 Avgust 2018
“Taliban” hərəkatının silahlıları Əfqanıstanın Qəzni şəhərinə hücuma keçmişlər. Bu barədə “Anadolu” agentliyi xəbər verir.

Qəzni qubernatoru administrasiyasının mətbuat katibi Məhəmməd Arif Nurinin dediyinə görə, hücum dörd istiqamətdən aparılır. Döyüşlər şəhər mərkəzinin yaxınlığında baş verir. Xeyli talib məhv edilmişdir. Nuri qeyd etmişdir ki, Qəzniyə kömək göndərilib və hökumət qüvvələri taliblərin hücumunun qarşısını almağa çalışırlar.

Öz növbəsində “Taliban” bildirmişdir ki, hücum nəticəsində taliblər şəhərə daxil olmuş, xeyli sayda hərbi qulluqçu öldürülmüşdür.