Azərbaycan 8,6 milyard dollarlıq neft və neft məhsulları ixrac edib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan 8,6 milyard dollarlıq neft və neft məhsulları ixrac edib

10 Avgust 2018
Cari ilin yanvar-iyul aylarında Azərbaycandan 16 milyon 658 min 927 ton xam neft və bitumlu minerallardan alınan xam neft məhsulları ixrac edilib. Yeddi ayda ixrac edilən neft və neft məhsullarının dəyəri isə 8 milyard 676 milyon 292 min ABŞ dolları olub.

AZƏRTAC xəbərə verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Xatırladaq ki, ötən ilin eyni dövründə Azərbaycandan 11 milyon 413 min 914 ton xam neft ixrac olunub, ixrac edilən neftin dəyəri 4 milyard 429 milyon 770 min dollar təşkil edib.