“YARAT” da kinorejissorluq üzrə ustad dərsləri təşkil olunacaq

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“YARAT” da kinorejissorluq üzrə ustad dərsləri təşkil olunacaq

10 Avgust 2018
Avqustun 14-də “YARAT” Müasir İncəsənət Mərkəzində kinorejissorluq üzrə birgünlük ustad dərsləri keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Cavid Zahidov və Rafiq Hacıyevin iştirakı ilə təşkil olunacaq dərslərdə 10-15 yaşlı uşaq və yeniyetmələr iştirak edə bilər.

Əgər film çəkmək arzusundasınızsa onda “YARAT”ın təşkil etdiyi intensiv yay kursuna qatılın. Üç saat ərzində ssenari yazmaq əsaslarını, kamera ilə işləmək və montaj qaydaların öyrənəcəksiniz. Həmçinin hər iştirakçı bir hekayə hazırlayaraq onu qısa filmə çevirmək imkanı qazanacaq.