Bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinə start verilib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatı və Bakı birinciliyinə start verilib

10 Avgust 2018
 

Avqustun 10-da Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 25-ci Azərbaycan çempionatına və Bakı birinciliyinə start verilib.

AZƏRTAC xəbər verir ki, yarışda həm fərdi gimnastlar, həm də qrup hərəkətləri komandaları arasında qaliblər çoxnövçülük xalına görə müəyyənləşəcək. Komanda hesabında mübarizədə isə 2008-2010-cu və 2006-2007-ci il təvəllüdlü gimnastlardan ibarət qrup hərəkətləri komandaları, o cümlədən 2008-2010-cu, 2006-2007-ci və 2003-2005-ci il təvəllüdlülər kateqoriyalarına aid fərdi gimnastların ən yaxşı nəticələri nəzərə alınacaq.

Yarışlarda Bakı Gimnastika Məktəbini, “Ocaq Sport”, “AyUlduz”, “Zirvə” İdman klublarını, “Sərhədçi” İdman Olimpiya Mərkəzini, Respublika Kompleks İdman Məktəbini, o cümlədən Qusar və Gəncə şəhərlərini təmsil edən 117 gimnast mübarizə aparır.

Avqustun 12-dək davam edəcək turnirdə tamaşaçıların əyləncəli vaxt keçirmələri üçün maraqlı müsabiqələr və fləşmoblar da təşkil olunacaq.

Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsindən sonra 2008-2010-cu il təvəllüdlü qızlar arasında alətlərsiz, həmçinin top və halqalarla çıxışlar üzrə fərdi yarışlara start verilib.