Rəcəb Tayyib Ərdoğan: Onların dolları varsa bizim də xalqımız, haqqımız var

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Rəcəb Tayyib Ərdoğan: Onların dolları varsa bizim də xalqımız, haqqımız var

10 Avgust 2018
Bizə qarşı bir çox kampaniyalar başlayıb. Onlara fikir verməyin. Unutmayın ki, onların dolları varsa, bizim də xalqımız, haqqımız, Allahımız var.

AZƏRTAC Anadolu informasiya agentliyinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu fikirləri ata yurdu Rizənin Güneysu qəsəbəsinə səfəri zamanı səsləndirib.

Ölkəsinə qarşı iqtisadi təzyiqləri, o cümlədən maliyyə sistemini sarsıtmaq cəhdlərini perspektivsiz adlandıran Rəcəb Tayyib Ərdoğan deyib: “Çox çalışacağıq. Ölkəmizi 81 vilayəti ilə birgə daha da inkişaf etdirməyə çalışacağıq. Bunu bilin ki, bu gün dünəndən daha yaxşıyıq, sabah da bu gündən də yaxşı olacağıq. Bizə qarşı bir çox kampaniyalar başlayıb. Onlara fikir verməyin. Unutmayın ki, onların dolları varsa, bizim də xalqımız, haqqımız, Allahımız var. Biz çox çalışırıq. 16 il bundan əvvəl harada idik, indi haradayıq. İnşallah 2023-cü il fərqli başlayacaq. Mənim buna inamım, inancım var”.

Xatırladaq ki, respublikanın hakimiyyət orqanları terrorçu qruplaşma ilə əlaqədə adı keçən amerikalı pastor Endryu Bransonu azad etməkdən boyun qaçırdıqdan sonra Türkiyə və ABŞ arasında münaqişənin kəskinləşməsi səbəbindən türk lirəsinin dollara nisbətdə məzənnəsi sürətlə aşağı düşür. Bu gün səhər saatlarında lirə daha 7 faizdən çox dəyər itirib. Hazırda dolların məzənnəsi 5,99 lirəyədək yüksəlib.