Kiyev sakinləri Azərbaycan Prezidentinə minnətdarlıq edirlər

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kiyev sakinləri Azərbaycan Prezidentinə minnətdarlıq edirlər

09 Avgust 2018
Ukraynanın paytaxtı Kiyev şəhərinin mərkəzində dünya şöhrətli müğənni və bəstəkar, SSRİ Xalq Artisti Müslüm Maqomayev adına parkın açılması yerli əhalinin sevincinə səbəb olub.

Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildiriblər ki, parkın açılmasından sonra səfirliyə onlarla təşəkkür məktubları daxil olmaqdadır. Məktublarda Kiyev sakinləri şəhərin mərkəzində ukraynalılar tərəfindən sevilən Müslüm Maqomayev adına parkın salınmasına və onun heykəlinin ucaldılmasına görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər. Bunun kiyevlilər üçün böyük hədiyyə olduğunu vurğulayırlar.

Qeyd edək ki, iyulun 18-də istifadəyə verilən park Azərbaycan Prezidenti İlham Əliyevin Müslüm Maqomayevin 75 illik yubileyinin keçirilməsi haqqında Sərəncamından irəli gələrək salınıb.