Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Xorvatiya yığmasına qalib gəlib

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Xorvatiya yığmasına qalib gəlib

08 Avgust 2018
 

Qadın voleybolçulardan ibarət Azərbaycan yığması Sloveniyada hazırlıqları davam etdirir.

AZƏRTAC xəbər verir ki, komandamız təlim-məşq toplanışı çərçivəsində Xorvatiya millisi ilə yoldaşlıq görüşü keçirib.

Faiq Qarayevin yetirmələri rəqibinə hər üç setdə qalib gəliblər - 3:0 (25:14, 25:19, 25:16).

Qeyd edək ki, millimiz bu il sentyabrın 29-dan oktyabrın 20-dək Yaponiyada keçiriləcək voleybol üzrə dünya çempionatına hazırlaşır.