Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə

13 İyul 2018
 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 1 fevral tarixli 980-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:

Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, № 9, maddə 539; 2006, № 2, maddə 82; 2008, № 3, maddə 168, № 8, maddə 713; 2009, № 7, maddə 532; 2010, № 9, maddə 770; 2015, № 6, maddə 700; 2016, № 5, maddə 866, № 12, maddə 2069; 2017, № 9, maddə 1654) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər edilsin:

1.         2-ci hissə üzrə:

1.1.      altıncı abzasa “surəti” sözündən sonra “(“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslərdən bu sənəd tələb olunmur)” sözləri əlavə edilsin;

1.2.      yeddinci abzasa “şəxslər” sözündən sonra “, habelə “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq heç bir dövlətin vətəndaşlığına mənsub olmaması və Azərbaycan Respublikasında daimi yaşaması faktı məhkəmə tərəfindən müəyyən edilmiş şəxslər” sözləri əlavə edilsin;

1.3.      doqquzuncu və onuncu abzaslar müvafiq olaraq onuncu və on birinci abzaslar hesab edilsin və aşağıdakı məzmunda doqquzuncu abzas əlavə edilsin:

“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsinə uyğun olaraq şəxsin heç bir dövlətin vətəndaşlığına mənsub olmaması, habelə Azərbaycan Respublikasında daimi yaşaması faktının müəyyən edilməsi haqqında məhkəmə qətnaməsinin surəti.”;

1.4.      onuncu abzasda “dördüncü” sözü “beşinci” sözü ilə əvəz edilsin.

2.         2-1-ci hissəyə “yoxlanılır” sözündən sonra “(“Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinin dördüncü hissəsi nəzərə alınmaqla)” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 10 iyul 2018-ci il