Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında və sərəncamlarında dəyişikliklər edilməsi haqqında

13 İyul 2018
 

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

 

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 7 avqust tarixli 1573 nömrəli Fərmanına uyğun olaraq qərara alıram:

1.  Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 6 iyun tarixli 648 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 542; 2013, № 1, maddə 29, № 2, maddə 117, № 3, maddə 246, № 8, maddə 909, № 10, maddə 1155, № 12, maddə 1514; 2014, № 5, maddə 477, № 9, maddə 1027, № 12, maddə 1577; 2015, № 3, maddə 271, № 9, maddə 1005, № 12, maddə 1448; 2016, № 2 (II kitab), maddə 273, № 5, maddələr 859, 864, № 8, maddə 1384, № 9, maddə 1464, № 10, maddə 1647, № 11, maddə 1835; 2017, № 3, maddə 353, № 4, maddə 545, № 5, maddə 807, № 8, maddə 1521, № 10, maddə 1797; 2018, № 2, maddələr 191, 215, № 3, maddə 427, № 4, maddə 659) ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 3.11.5-1-ci yarımbəndindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.

2.  Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 22 may tarixli 533 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, № 5, maddə 539; 2017, № 4, maddə 547) ilə təsdiq edilmiş “Tikinti işlərinin dayandırılması Qaydası”nın 4.2-ci və 4.3-cü bəndlərindən “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.

3.  Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1179 nömrəli fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 12, maddə 2097; Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 11 iyun tarixli 139 nömrəli fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Turizm Şurasının tərkibi”ndə “Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi” sözləri “İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri” sözləri ilə əvəz edilsin.

4.  Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 195 nömrəli sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 12, maddə 1612; 2014, № 9, maddə 1027, 2016, № 2 (II kitab), maddə 251, № 8, maddə 1384, № 10, maddə 1661; 2017, № 8, maddə 1521) ilə təsdiq edilmiş “Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafına dair 2014-2020-ci illər üzrə Dövlət Proqramı”nın 2.2.2-2.2.6-cı, 2.2.8-ci, 2.2.9-cu, 2.3.1-2.3.3-cü, 2.3.5-ci və 2.3.8-ci yarımbəndlərindən “Nazirlər Kabineti yanında” sözləri çıxarılsın.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 6 iyul 2018-ci il