Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Van Bastendən Neymara məsləhət

13 İyul 2018
 

Əfsanəvi hollandiyalı futbolçu Marko van Basten Braziliya yığmasının hücumçusu Neymara söz atıb. O, “sambaçı”nın dünya çempionatındakı oyunlar zamanı özünü tez-tez yerə atmasını pisləyib. Mundialda FİFA-nın texniki təhlilçisi kimi çalışan van Basten “PSJ”nin üzvünə bu xasiyyətindən əl çəkməyi məsləhət görüb: “Neymar karikaturaları? Futbolu yumorla müalicə etməyin hər zaman yaxşı olduğunu düşünürəm. Amma biz oyun barədə danışırıqsa, bu, heç də düzgün yanaşma deyil. Hesab edirəm ki, futbolda idman ruhunu göstərmək lazımdı. Futbolçular bilməlidilər ki, meydanda yuvarlanmaq onlara kömək etməyəcək. Neymar bunu başa düşməlidi”.

Qeyd edək ki, Braziliya yığması 1/4 finalda Belçikaya məğlub olaraq dünya çempionatı ilə vidalaşıb.