Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ağsuda baş verən yanğın hadisəsi bir sıra fəsadlar törədib

12 İyul 2018
İyulun 12-də gündüz saat 14:35 radələrində Ağsu rayonunun Bico kəndinin yaxınlığındakı ərazidə baş verən yanğın davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, biçilmiş taxıl sahələrindən başlayan yanğın şimal dağlıq ərazilərinə tərəf irəliləyir. Saat 19:00-dək 100 hektardan çox biçilmiş taxıl, quru ot və kol-kos sahələri yanıb.

Yanğının qarşısının alınması üçün Ağsu, habelə Şamaxı və Göyçay rayonlarının yanğından mühafizə xidmətlərinin qüvvələri cəlb olunub. Habelə saat 16:00-dan etibarən yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin iki helikopteri və bir təyyarəsi cəlb edilib.

Köməyə ətraf kəndlərin, o cümlədən Bico, Gəgəli və bir neçə yaxın yaşayış məntəqələrinin sakinləri gəliblər. Onlar texnikanın girə bilmədiyi ərazilərdə çalışırlar. Onadək şum traktorunun qüvvəsi ilə alovun kənd ərazisinə daxil olmasının qarşısını almaq üçün şumlama işi aparılır.

Hadisə yerinə rayon rəhbərləri və Milli Məclisin deputatı Tahir Kərimli də gəliblər.