Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

DİM Direktorlar Şurasının sədri Tovuzda vətəndaşları qəbul edib

12 İyul 2018
İyulun 12-də Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə şəhər və rayonlarda vətəndaşların dövlət qurumlarının, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən qəbulu cədvəlinə uyğun olaraq Tovuzda vətəndaşları qəbul edib.

DİM Direktorlar Şurasının sədri görüşdən əvvəl ümummilli lider Heydər Əliyevin Tovuz Rayon İcra Hakimiyyətinin önündəki abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.

DİM-dən AZƏRTAC-a bildiriblər ki, qəbulda Tovuz rayonunun sakinləri ilə yanaşı, Şəmkir, Qazax və Ağstafa rayonlarının sakinləri, həmçinin bu rayonlarda məskunlaşmış qaçqın və məcburi köçkünlər də iştirak ediblər.

Görüşdə əsasən ali və orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanları, buraxılış imtahanlarının nəticələri və qabiliyyət imtahanları, vakant dövlət qulluğu vəzifələri, namizədlərlə müsahibələrin keçirilməsi və s. məsələlərlə əlaqədar DİM Direktorlar Şurasının sədrinə müraciət olunub.

Vətəndaşlara müraciətləri ilə bağlı ətraflı izahat verilib, DİM-in səlahiyyətlərinə aid olan bir çox məsələlər yerindəcə həll olunub. Digər müraciətlərin araşdırılması və baxılması üçün qeydiyyatı aparılıb. Qeydiyyatdan keçənlərlə yanaşı, qəbul zamanı birbaşa müraciət edən vətəndaşlar da M.Abbaszadə tərəfindən dinlənilib və onların müraciətlərinin həlli üçün müvafiq tədbirlər görülüb.