Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan UEFA-nın reytinq cədvəlində irəliləyib

12 İyul 2018
Futbol üzrə Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ikinci oyun günündən sonra UEFA yeni reytinq cədvəlini açıqlayıb. Son reytinq cədvəli ilə müqayisədə Azərbaycanı 1 pillə irəliləyərək 21-ci yerə yüksəlib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” turnirin birinci təsnifat mərhələsində Sloveniyanın “Olimpiya” komandasını 1:0 hesabı ilə məğlub etməsi ölkəmizə 0.250 xal qazandırıb. Hesabındakı xalların sayını 16.875-ə çatdıran Azərbaycan Belarusa çatıb və əlavə göstəricilərdəki üstünlük sayəsində 21-ci yerə qalxıb.