Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Təbii qazın Azərbaycanın ümumi ixracındakı payı azalıb

12 İyul 2018
Cari ilin yanvar-iyun aylarında xam neft və bitumlu minerallardan alınan xam neft məhsullarının ixracı Azərbaycanın ümumi ixracının 80,18 faizini, təbii qaz 6,58 faizini, neft məhsulları isə (2710 mal kodu üzrə) 3,26 faizini təşkil edib.

AZƏRTAC xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.

Qeyd edək ki, keçən ilin müvafiq dövründə neft ixracı ölkənin ümumi ixracının 72,87 faizini, təbii qaz 10,02 faizini, neft məhsulları 2,77 faizini təşkil etmişdi.