Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Dünya çempionu olmaq istəyirəm”

12 İyul 2018
 

“Bu, yarışdakı ən çətin matçımız idi. Belçikanın fərqli taktikası var. Onlar çox yaxşı oyunçulara sahibdirlər. Biz xoşbəxtik. Əlimizdən gələni etdik”. Bu sözləri Fransa millisinin hücumçusu Kilian Mbappe DÇ-2018-in yarımfinalında Belçika üzərində qələbəni (1:0) şərh edərkən deyib. O, Belçikanın budəfəki mundialda çox yaxşı oynadığını vurğulayıb: “Rəqibin çox güclü oyunçuları var idi. Onlara qarşı oynamaq çətindir. Bu dünya çempionatında Belçika çox yaxşı oynadı”.

Mbappe tez-tez simulyasiya etməsi ilə bağlı ona edilən tənqidlərə də münasibət bildirib: “Simulyasiya etdiyim üçün tənqid olunuram? Hər kəs istədiyini düşünməkdə azaddır. Əgər kimisə incitmişəmsə, üzr istəyirəm”.

19 yaşlı  oyunçu deyib ki, finala çıxmaq ən böyük xəyallarından biri idi: “Məqsədim komandama kömək etməkdir, ən vacibi budur. “Qızıl top” vecimə deyil, dünya çempionu olmaq istəyirəm”.