Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Misir DÇ-2030-a namizəddir

12 İyul 2018
 

Misir futbol üzrə dünya çempionatını öz ölkəsində keçirmək fikrindədir. Yerli mətbuatın verdiyi xəbərə görə, bu barədə Misirin gənclər və idman naziri Əşrəf Sübhi ölkə rəhbəri Əbdülfəttah Sisinin Misirin tanınmış idmançıları ilə görüşündən sonra bildirib. Nazir deyib ki, 2030-cu ildə futbol üzrə dünya çempionatının Misirdə təşkil edilməsini düşünürük.