Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Fransa antifutbol komandasıdır...

12 İyul 2018
 

Belçika yığmasının qapıçısı Tibo Kurtua dünya çempionatının yarımfinal matçında 0:1 hesabı ilə məğlub olduqdan sonra Fransa komandasını tənqid etmişdir. Bu barədə “The Guardian” qəzeti xəbər verir.

Kurtua demişdir: “Fransa yığması künc zərbəsindən qol vurdu və həmin andan ancaq öz qapısının müdafiəsi ilə məşğul oldu. Mən 1/4 finalda Braziliyaya uduzmağı üstün tutardım. Heç olmasa, onlar futbol oynamaq istəyən komanda idi. Fransa antifutbol komandasıdır”.

Belçika millisi iyulun 14-də Sankt-Peterburqda üçüncü yer uğrunda oyun keçirəcək.