Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“VAR” sistemi özünü doğrultdu

12 İyul 2018
 

FİFA prezidenti Canni İnfantino DÇ-2018-də istifadə olunan “VAR” sistemindən danışıb.  Qol.az-ın “Matç TV”yə istinadən yaydığı xəbərə görə, ali futbol qurumunun rəhbəri bu sistemin özünü doğrultduğunu bildirib: “Bu, uğurlu dəyişiklikdir.  “VAR” sistemi hakimlərə aşkar səhvlərdən qaçmağa kömək edir, eləcə də inam qazandırır. 2018-ci ildə yeni texnologiyadan istifadə etməliyik. Rusiyada baş verənlər futbolun tarixində qalacaq. Şübhəsiz ki, bu, çevriliş anıdır. Hər zaman nəyisə yaxşılaşdırmaq mümkündür. Obyektiv şəkildə demək lazımdır ki, “VAR” uğur qazandı. Uduzan komanda daim günahkar axtarır. Əvvəl hakimləri günahlandırırdılar, indi isə VAR-ı”.