Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İspaniyada Luis Enrike dönəmi

12 İyul 2018
 

İspaniya yığmasının baş məşqçisi vəzifəsinə “Barselona” klubunun sabiq məşqçisi Luis Enrike keçəcək. “Marca” qəzetinin verdiyi xəbərə görə, İspaniya Kral Futbol Federasiyası 48 yaşlı mütəxəssislə razılıq əldə edib. Enrikeyə ikiillik müqavilə təklif olunub.

Federasiya “Espanyol”un baş məşqçisi Kike Sançes Flores və hazırda Belçika millisinə rəhbərlik edən Roberto Martineslə də danışıqlar aparıb.

Qeyd edək ki, Rusiyadakı dünya çempionatının startına bir gün qalmış İspaniya millisinin baş məşqçisi postunda dəyişiklik olub. Fernando Yerro “Real Madrid”ə baş məşqçi təyin olunan Xulen Lopetegini əvəzləyib. Yerronun rəhbərliyi altında yığma səkkizdəbir finaladək irəliləyib. Bu komandanın qarşısını Rusiya yığması (1:1, penaltilərlə 4:3) kəsib.