Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ərəbləri udmaq qəhrəmanlıqdırmı?

12 İyul 2018
 

SSRİ yığmasının və Moskvanın “Spartak” komandasının keçmiş qapıçısı Rinat Dasayev Rusiya yığmasının dünya çempionatında çıxışına yekun vurmuşdur. “Misiri və Səudiyyə Ərəbistanını məğlub etmək qəhrəmanlıqdırmı? Yaxud penalti ilə ispanları? Bu, necə qəhrəmanlıqdır? Düzdür, 1/4 finala çıxdılar. Şübhəsiz, uşaqlar can qoydular. Lakin deyə bilmərəm ki, hansısa bir fövqəltəbii iş görülmüşdür. Dəqiq yadımdadır, SSRİ yığması 1988-ci ildə Avropa çempionatının gümüş medalını qazananda bu cür eyforiya olmamışdır. Komandanı heç kəs bu cür tərifləməmişdi” - deyə Dasayev yerli KİV-ə müsahibəsində bildirmişdir.