Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyədə axtarışda olan təhlükəli PKK terrorçusu yaralı halda ələ keçirilib

11 İyul 2018
Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcılarının Şırnak vilayətinin Beytüşşebap rayonunda zərərsizləşdirdiyi terrorçulardan biri PKK terror təşkilatına məxsus axtarışda olan şəxsdir.

AZƏRTAC xəbər verir ki, terror aktı hazırladıqları halda pilotsuz aparatlar tərəfindən təsbit edilərək bombalanaraq zərərsizləşdirilən terrorçulardan ikisi ölü, biri yaralı halda ələ keçirilib. Araşdırma zamanı müəyyən olunub ki, yaralı terrorçu "Mehmet Goyi" ləqəbli Kadri Bayramdır. O, bir sıra cinayətlərdə iştirak etdiyi üçün axtarışda olub.

Antiterror əməliyyatı aparılan ərazidə terrorçulara məxsus silah-sursat və digər ləvazimatlar ələ keçirilib.