Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türkiyə ordusunun hava zərbələri nəticəsində 17 terrorçu zərərsizləşdirilib

11 İyul 2018
Türkiyə Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus qırıcı təyyarələrin Osmaniyə, Şırnak və Diyarbəkir vilayətlərində endirdiyi hava zərbələri nəticəsində 17 terrorçu zərərsizləşdirilib.

AZƏRTAC rəsmi mənbələrə istinadla xəbər verir ki, pilotsuz uçuş aparatları vasitəsilə yerləri əvvəlcədən təsbit olunan terrorçular dəqiq zərbələrlə məhv edilib.

HHQ-nin qırıcı təyyarələrinin antiterror əməliyyatlarına dəstəyi davam etdirilir.