Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gəncədə polis zabitinin qətlində şübhəli bilinən şəxslərdən biri tutularaq istintaqa təhvil verilib

11 İyul 2018
 

İyulun 10-da Gəncədə baş vermiş qanunsuz aksiyanın ən fəal iştirakçılarından olan və xidməti vəzifələrini yerinə yetirən polis zabitlərindən birinin qətlində şübhəli bilinən Qasımov Fərrux Xəqani oğlu vətəndaşlarımızın yaxından köməyi ilə respublikanın hüquq mühafizə orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutularaq istintaqa təhvil verilib.

AZƏRTAC xəbər verir ki, bu cinayətin törədilməsində şübhəli bilinən digər şəxslərin də tutulması istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.