Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Marin Le Pen Rusiyanı NATO-ya çağırır

11 İyul 2018
Fransanın “Milli birlik” siyasi sağ partiyasının lideri Marin Le Pen hesab edir ki, NATO rəhbərliyi terrorçuluqla mübarizə üzrə yeni missiya yaratmalıdır. Siyasətçinin dediyinə görə, həmin missiyada Rusiya da iştirak etməlidir. Bu barədə “Vesti.ru” saytı xəbər verir.

“SSRİ dağıldıqdan sonra NATO nəyə xidmət edir? Bax, bu real sualdır. Biz alyansa islamçılıq və terrorçuluqla mübarizə üzrə yeni missiya verə bilərikmi?”, - deyə Le Pen bildirmişdir.

Məlum olduğu kimi, dünən Belçikanın paytaxtı Brüsseldə NATO-nun ikigünlük sammiti öz işinə başlamışdır. Sammitdə alyansda maliyyələşmənin bölgüsü məsələsi, terrorçuluqla mübarizə, habelə Avropa İttifaqı ilə əməkdaşlığın dərinləşdirilməsi və NATO-nun modernləşdirilməsi məsələləri müzakirə olunur.