Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İranda dəhşətli yol qəzası baş verdi

11 İyul 2018
Dünən səhər İranın qərbində yerləşən Kürdüstan əyalətinin Sənəndəc şəhərində sərnişin avtobusu ilə neft məhsulları daşıyan yük  maşını toqquşmuşdur. Hər iki nəqliyyat vasitəsi yanmışdır. 27 nəfərin həlak olduğu bildirilir. Bəzi məlumatlara görə, qəza zamanı 32 nəfər ölmüşdür. Onlardan 17-si avtobusda olmuş (14 sərnişin, 2 sürücü və 1 köməkçi), 15-i yoldan keçəndir.

“Tasnim” agentliyinin xəbərinə görə, toqquşmadan sonra güclü partlayış baş vermişdir. Hadisə nəticəsində 18 min litr yanacaq yanmışdır.

Əyalətin hakimiyyət orqanları üçgünlük matəm elan etmişdir.