Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yunanıstan iki rusiyalı diplomatı çıxardı

11 İyul 2018
Yunanıstan hökuməti iki rusiyalı diplomatı ölkədən çıxartmaq qərarı vermiş, ikisinin ölkəyə girişinə qadağa qoymuşdur. Bu barədə yerli “Kathimerini” qəzetinə istinadən TASS agentliyi xəbər verir.

Məlumata görə, Yunanıstan hökuməti diplomatları ölkənin daxili işlərinə qarışmaq cəhdində, habelə milli təhlükəsizliyi sarsıdan qanunsuz hərəkətlərdə ittiham edir.

Buna baxmayaraq, Afina Moskva ilə yaxşı münasibətləri və iki dövlətin xalqları arasında dostluğu qorumaq niyyətindədir.

Rusiyanın Xarici İşlər Nazirliyi bəyan etmişdir ki, dünyada qəbul olunmuş diplomatik praktikaya uyğun şəkildə yunanlara qarşılıqlı cavab veriləcək.