Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Mariya” qasırğası Çini vurdu

11 İyul 2018
Dünən Çinin şərq hissəsinin sahilyanı rayonlarını “Mariya” tropik superqasırğası vurmuşdur. Episentrdə küləyin sürəti saatda 187 kilometrə çatmışdır. Bu barədə “Rosbalt” agentliyi xəbər verir.

Hazırda tayfun gücünü bir qədər itirsə də, hərəkətini davam etdirir.

Siklonun mərkəzində olan rayonlardan 350 min sakin təxliyə edilmiş, sərnişinlərin dəmiryolu daşınmaları dayandırılmışdır.

Bundan əvvəl “Mariya” Tayvanın şimal rayonlarına zərbə vurmuşdur. Orada işıqlar sönmüşdür. Yerli hakimiyyət orqanları təhlükəli rayonlarda yerləşən məktəblərdə dərsləri dayandırmışlar.