Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yaponiyada daşqın qurbanlarının sayı 179-a çatdı

11 İyul 2018
Son məlumata görə, Yaponiyada azı 179 nəfər leysan yağışların və daşqınların qurbanı olmuşdur. 50-dən çox adam itkin düşmüş hesab edilir. Bu barədə “RİA Novosti” agentliyi xəbər verir.

Bildirilir ki, təbii fəlakətin vurduğu ziyanı qiymətləndirmək məqsədilə ölkənin Baş naziri Sindzo Abe prefekturalardan birinə getmişdir.
Xatırladaq ki, ötən həftə “Prapirun” qasırğasına görə Yaponiyada güclü leysan yağışları yağmışdır. Bəzi rayonlara 1000 millimetrdən çox yağıntı düşmüşdür. Çaylar məcrasından çıxmış, torpaq sürüşmələri başlamışdır.
Minlərlə adam su basmış yaşayış məntəqələrində qalmışdır. Yollarda nəqliyyatın hərəkəti iflic vəziyyətinə düşmüşdür. Bir sıra iri müəssisə, o cümlədən “Mazda” və “Mitsubishi” avtomobil şirkətləri işini dayandırmışdır.
Yaponiya hökuməti zərərçəkənlərə təxminən 18 milyon dollar məbləğində yardım vəd etmişdir.