Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

FHN: Şəmkirdə meşə zolağında yanğının söndürülməsinə helikopter cəlb olunub

11 İyul 2018
Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonunun Yuxarı Seyfəli kəndi yaxınlığındakı meşə zolağında yanğın baş verib.

FHN-dən AZƏRTAC-a bildiriblər ki, yanğının söndürülməsinə nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvə və texnikası, Aviasiya dəstəsinin “Mi-17” helikopteri cəlb olunub.

Əlavə məlumat veriləcək.