Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycanla Almaniya arasında reabilitasiya sistemlərinə həsr olunmuş brifinq keçirilib

11 İyul 2018
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayevlə Beynəlxalq Sosial Təminat Assosiasiyasının prezidenti və Almaniyanın İş Yerində Bədbəxt Hadisələrdən Sosial Sığorta Təşkilatının rəhbəri Yoakim Bröyer iyulun 11-də jurnalistlər üçün mətbuat konfransı keçiriblər.

AZƏRTAC xəbər verir ki, əvvəlcə nazir ölkəmizdə əhalinin sosial müdafiəsinin gücləndirilməsi, əmək və sosial təminat sisteminin mütərəqqi beynəlxalq təcrübə, innovativ yanaşmalar əsasında təkmilləşdirilməsi və şəffaflaşdırılması, passiv sosial müdafiə tədbirlərindən aktiv tədbirlərə keçidin təmin olunması sahəsində ikitərəfli əməkdaşlığın perspektivləri barədə məlumat verib.

Sonra Yoakim Bröyer ikitərəfli əməkdaşlığın yeni istiqamətləri haqqında danışıb.

Mətbuat konfransında Sahil Babayev və Yoakim Bröyer iş yerində baş verən bədbəxt hadisələr, onun qarşısının alınması, reabilitasiyası, özəl pensiya fondların yaradılması, peşə reabilitasiyası və digər məsələlərlə əlaqədar suallara cavablar veriblər.