Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ekologiya və Təbii Sərvətlər Nazirliyində Milli Meşə Siyasəti Dialoqu keçirilir

11 İyul 2018
İyulun 11-də Ekologiya və Təbii Sərvətlər Nazirliyində "Milli Meşə Proqramının (MMP) yenilənməsi və Azərbaycanda meşə institutlarının yenidən qurulması" mövzusunda Milli Meşə Siyasəti Dialoqu keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev meşə fondunun inkişafı, meşələrin qorunması, sahələrinin artırılması istiqamətində görülən işlərdən bəhs edib. Prezident İlham Əliyevin bu sahəyə xüsusi diqqət yetirdiyini vurğulayan nazir tədbirin təcrübə mübadiləsinə və gələcəkdə meşələrin qorunması istiqamətində görüləcək işlərə müsbət təsir edəcəyini diqqətə çatdırıb.

Tədbirdə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri Mələk Çakmak, Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, FAO-nun meşə və oduncaq bölməsinin müavini Əkrəm Yazıcı, FAO-nun Mərkəzi Asiya üzrə subregional ofisinin nümayəndəsi, meşə mütəxəssisi Peter Peçaçek, beynəlxalq və yerli qurumların nümayəndələri iştirak edirlər.

Tədbir iki gün davam edəcək.