Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əmək və əhalinin sosial müdafiəsi naziri Lənkəranda vətəndaşları qəbul edəcək

11 İyul 2018
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev iyulun 20-də Lənkəran rayonunda vətəndaşları qəbul edəcək.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, qəbul zamanı Lənkəran, Astara, Lerik, Masallı və Yardımlı rayonları sakinlərinin əmək hüquqlarının müdafiəsi, sosial təminat növlərinə hüququn müəyyən edilməsi, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluğun, o cümlədən özünüməşğulluğun təmin olunması məsələlərinə dair müraciətləri dinləniləcək. Müraciətlərdə əksini tapan məsələlərin qanunvericiliyə uyğun qaydada həlli ilə bağlı tədbirlər görüləcək.

Qeyd olunan rayonların sakinləri iyulun 17-dək qəbula yazıla bilərlər. Qəbula yazılmaq üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə rəsmi şəkildə ([email protected] elektron ünvana və ya poçt vasitəsilə) müraciət etmək və ya “142 Çağrı Mərkəzi” ilə əlaqə saxlamaq (ad və soyadını, atasının adını, müraciətinin məzmununu, yaşadığı ünvanı və telefon nömrəsini göstərməklə) mümkündür.