Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanununun ləğv edilməsi haqqında

11 İyul 2018
 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 19-cu və 23-cü bəndlərini rəhbər tutaraq qərara alır:

“Feldyeger rabitəsi orqanında xidmət keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2004-cü il 8 iyun tarixli 682-IIQ nömrəli Qanunu (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 7, maddə 514; 2006, № 3, maddə 221, № 11, maddə 927; 2007, № 8, maddə 756, № 11, maddə 1078; 2008, № 2, maddə 48, № 3, maddə 155, № 8, maddələr 694, 710; 2010, № 3, maddə 171, № 4, maddə 273) ləğv edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 29 iyun 2018-ci il